Gözəl qızlar deyil cəsur qızlar kariyera qura bilir.

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 4 609
Səs ver:
(səs: 2)
Amerikalı yazar Qata Whitenin, "Gözəl Qızlar Deyil Cəsur Qızlar Karier qurur" adlı kitabının ən çox satılan kitablar siyahısına girməyi bacarmasının ardından, bu mövzuda bir-biri ardına nəşrlər çıxır. ABŞda Corporate Coaching Internationalın Başçısı Lois P. Frankelin son kitabı da bunlardan biridir. "Gözəl qızlar müvəffəqiyyətli karyiera qura bilməzlər" başlıqlı kitabında yazar, qadınlara iş həyatında müvəffəqiyyətli olmaq istəyirlərsə hər şeydən əvvəl gənc qızlıqdakı davranışlarını geridə buraxmalarını təklif edir.
Frankel qadınlara əvvəlcə arzuladıqları rolun nə olduğunu anlamalarını, sonra da ətraflarındakı bütün mənfi yönlərə qarşı özlərini qorumaya alaraq yalnız içlərindən gələn səsi dinləmələrini təklif edir. Qadınların ən əhəmiyyətli səhvlərinin əslində öz özlərinə zərər verəcək hərəkətlərdə olması olduğunu söyləyir. The Independentdə nəşr olunan və məşhur Henley Management Collegedən əldə edilən məlumatlar, gənc qadınların yaşıd kişilərə görə daha çox saat işləyib, daha çox əmək xərclədiklərini və yaşıdları kişilərə görə daha müvəffəqiyyətli olduqlarını ortaya qoyur.
Bocconi Universiteti Müəllimlərdən Maria Cristina Bombelli də eyni mövzu üzərinə İtalyan qadınlarını araşdıran bir kitab çıxarmaq üzrədir. "Ehtiras və Yorğunluq' adlı kitabda Bombelli, qadınların ən əhəmiyyətli probleminin başqalarının fikirlərini çox əhəmiyyət vermələri olduğunu və buna görə öz yollarını tapmaqda çətinlik çəkdiklərini deyir. Eyni şəkildə, iş həyatında kişiləri, ataları və ya yoldaşları olaraq seçən qadınların da bu əlaqələrdə xəyal qırıqlığına uğradıqlarını ,çünki bu kişilərin çoxu onların arzuladığı dürüstlük və səmimiyyətdən uzaq davrandıqlarını vurğulayır.
Müvəffəqiyyətin pik nöqtələri.

Kişi kimi davranmayın.
Qadınlara xas, əməkdaşlığına və dinləməyə açıq olma xüsusiyyətinizi qoruyun. Güc istifadə etmək yerinə əlaqələrinizi istifadə edin.
Polemikaya girməyin.
İş həyatı sizin inanclarınızı müdafiə etmək üçün olduğunuz bir alan sahə deyil. Qarşıdurmalarınızı seçin.
Vaxt itirməyin.
Başqalarına sizin vaxtınızı oğurlamaları üçün icazə verməyin. Sərhədlərinizi açıqca müəyyən edin.
Axmaqlara kömək etməyin.
Axmaqlardan uzaq durun, onları qorumayın. Nəticədə onların səhvləri üzündən günahlandırılmamaq üçün təhlükələrdən uzaq durun.
Özünüzü motivasiya edin.
Professionallığınızı əsla kiçik görməyin. Şirkətinizə etdiyiniz qatqılardan ötəri qürur duyun. Öz özünüzü motivasiya edin.
Eşqbazlıq etməyin.
Müdirlə və ya müdirinizlə macəra yaşamağa cəhd etməyin. Belə vəziyyətlərdə hər vaxt qadınlar tənqid olunan və zərər görən tərəf olar. Ümumiyyətlə kişilər asanlıqla vəziyyətdən özlərini qurtarar.
Özünüzdən bəhs etməyin.
Ətrafınıza verdiyiniz xüsusi məlumatları və bu məlumatları kimə verdiyinizə diqqət yetirin. Ağlamanız lazımdırsa, bunu ofis xaricində bir yerlərdə edin.
Müdiri atanız etməyin.
Duyğularınıza hakim olun. Müdirinizi və ya müdirinizi bir ata fiquru olaraq görməkdən qaçın. Obyektiv olsanız, uyğun reaksiyaları da verməyi bacararsınız.
/Mənbə: Qadınlar.biz/
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 4 609
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri