İşləyən və yeni evlənən qadınlara məsləhətlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 4 269
Səs ver:
(səs: 2)
İş həyatı, xüsusən də adət-ənənəyə uyğun olaraq evdar xanımlığı bacarmaq və analıq rolunun öhdəsindən gəlmək o qədər də asan məsələ deyil.  Evliliyin ilk günlərində verilən bir neçə əhəmiyyətli qərar, həm iş həyatına təsir edir, həm də sağlam evlilik həyatının reallaşmasına kömək edir. Türkiyəli mütəxssis və psixoloq Merve Tepeli Yürüten, qadınlara bununla bağlı bir neçə məsləhət verir.

Qadın özünü kəşf etməyə, istedadlarını təcrübədən keçirməyə, sosial münasibətlərini inkişaf etdirməyə ancaq işlədikdən sonra başlayır və iqtisadi azadlığını qazanır. İş həyatı qadınların sadəcə ev xanımı və ana olmadıqlarını isbat etməsi üçün olduqca əhəmiyyətlidir. 

Qadınlar xüsusən də evlilik həyatının ilk illərində bütün vəzifələrin öhdəsindən gəlməyi qarşısına məqsəd qoyur. Hətta özlərini bütün diqqətdən və qayğıdan məhrum edərək ən yaxşı həyat yoldaşı və iş qadını olmağa çalışırlar. Lakin bir müddət sonra bunu vərdiş halına gətirərək, öz istək və maraqlarından məhrum olur. 

İş qadını, çevrəsinin ona yüklədiyi bütün məsuliyyəti tamlıqla yerinə yetirmədiyi halda özünü bacarıqsız və lazımsız hiss edir. Yorğun, kədərli və özünü tənha hiss edir. Bu duyğularla evə gələn qadın həyat yoldaşına diqqət göstərmir. Iş yerindəki uğursuzluğunu düşünərək özünü çarəsiz və çıxılmaz vəziyyətdə hiss edir. 

İş qadınları evliliklərinin ilk günlərində bu məsləhətlərə əməl edərək xoşbəxt evlilik həyatı da yaşaya bilər. 
  • Evli qadın, mütləq özünə vaxt ayırmalıdır. Müəyyən müddətdə dostları ilə görüşüb söhbət etməlidir. 
  • Həm iş, həm də evdə ən bacarıqlı olmaqdan vaz keçməlidir. Bunun yerinə bacara bildiyi qədər yaxşı olmağa çalışmalıdır. Bacarmadığından artığına qaçmamalıdır. 
  • Evdəki bütün işləri və məsuliyyəti öz üzərinə götürmək yerinə, həyat yoldaşı ilə iş bölgüsü etməlidir. 
  • Gün ərzində yaşanan müsbət və ya mənfi hadisələri həyat yoldaşları ilə paylaşmaqda böyük fayda var. Sağlam ünsiyyət, sağlam münasibətləri də özü birlikdə gətirir.
(səs: 2)
Şərhlər: 1
Baxılıb: 4 269
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri