İş yerində sevgi macərası necə fikirdir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 4 649
Səs ver:
(səs: 1)

Ofisdə yaşanılan sevgilər həqiqətən çox həyəcanlıdır. Bir o qədər də risklidir!


İş yoldaşınızla yaşayacağınız əlaqənin "emosional” məsuliyyətini qaldırmağa həqiqətən hazırsınızmı?

Eyni ofisdən biriylə sevgi yaşamağın necə bir fikir olduğunu W-World qadınlarına soruşduq. Budur aldığımız cavablar belədir:


Aysel 32 İngilis dili Müəlliməsi: "İlk çalışdığım şirkətdə təəssüf ki belə bir təcrübə olmuşdu. "Təəssüf ki” deyirəm çünki sonu heç də yaxşı bitmədi. Biz nə qədər gizləməyə çalışsaq da bir müddət sonra dedi-qodu işıq sürətiylə yayıldı.

Səhər 8-dən axşam 4-ə qədər sevgilinizlə eyni kadra girdiyiniz hər anda onlarla insanın baxışlarının sizə çevrildiyini təsəvvür edirsiniz?! İş mühitiniz yüzlərlə şagirdlə dolu bir məktəb olunca stresimiz ikiyə qalxdı və tez təslim olduq . İndi eyni şey olsa "başqalarının” nə düşündüyünü o qədər də fikirləşməzdim.


Şəlalə 24 Dizayner: Bundan bir neçə il əvvəl praktikant olaraq işə başladığım agentlikdə çalışan ofisboy-a aşiq olmuşdum. İkimizin də yaşı çox az idi və Ofisdəki "böyüklər” tərəfindən çox əzilirdik. Ortaq çətinlikləri dərdləşərək başlayan əlaqəmiz mənim çantamı yığıb xaricə getmə qərarımla sona çatmış olsa da o günlərdə yaşadığım həyəcanı xatırladıqca gülümsənirəm.


Səidə 27 Vəkil: Ofis sevgisi dediniz? Harada! Təəssüf ki qadınlarla dolu bir ofisdə çalışıram, əlaqə qurmağa ofisdə heç erkək milçək də yoxdur.


Aydan 31 Diş Həkimi: Bundan dörd il əvvəl eyni diş klinikasında işlədiyim mavi gözlü uzun boylu oğlana aşiq olmuşdum. İşə hər gün mahnılar söyləyərək gedir, sabahısı gün nə geyinəcəyimə qərar vermək üçün hər gün saatlarla vaxt itirirdim. Eyni ofisdə işlədiyimiz digər həkimlərin, xüsusilə də klinikanın sahibinin nə deyəcəyindən də qorxurdum. Digər tərəfdən birlikdə olduğumuz anlar nə qədər yaxşı zaman keçirdiyimizi fərq etməyimiz çox qısa zamanımızı aldı və nə olduğunu anlamadan sevgili olduq. O mavi gözlü oğlan indi iki illik həyat yoldaşım və qızımın atasıdır. Mənim tövsiyəm, kimin nə deyəcəyini çox düşünmədən ürəyinizin səsini dinləyin.


Gülər 40 notariat işçisi: Mən belə bir şey yaşamamışam. Amma keçən il eyni şöbədə işlədiyim bir dostumun əlaqəsinə şahid oldum. Araları Yaxşı olduğunda problem yox idi, küsdükləri zaman ətrafa yaydıqları mənfi enerjidən hamımız nəsibimizi alırdıq. İndi ikisi də işdən ayrıldı. Deyəcəyim budur ki mümkünsə nə mən, nə də mənim ətrafımdakılar ofisdə sevgi yaşamasın!


Fəridə25 Redaktor: İki il əvvəl yaşadım. Həyatımın ən böyük eşqi deyildi bəlkə amma ən "iqtisadi” əlaqəsi olduğu qətidir! Qarşınızdakına təsir etmək üçün fərqli biri kimi davranmağınıza ehtiyac yoxdur. Bu səbəbdən bərbər və alış-veriş mövzusunda özümü heç sıxmadım. İstədiyimi aldırdım. İkincisi onsuz da bütün gün birlikdə olduğumuzdan axşamları bahalı yerlərə getmək, küçələrdə gəzmək kimi bir ehtiyacımız olmurdu. Gələn telefon fakturalarının digər əlaqələrə görə nə qədər az olduğunu demirəm heç!


Könül 30 Bank işçisi: İşlədiyim şirkətdə belə mövzular çox möhkəm qaydalarla qadağan olduğundan hətta çox xoşladığım olsada hisslərimi ürəyimdə saxlamağı seçərdim. İşdən qovulduğumda sevgimi qaba qoyub yeyə bilməyəcəm!

(səs: 1)
Şərhlər: 8
Baxılıb: 4 649
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri