Karierinizdə bahar təmizliyi edin!

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 1 789
Səs ver:
(səs: 0)
Masanız: Kimiləri dağınıq bir masanın, üstün zəkanın əlaməti olduğunu söyləyər. Amma dağınıqlıq və nizamsızlıq daha çox məhsuldarlığı korlaşdırar. Masanız nizamsızsa, işləri bitirmək ümid etdiyinizdən daha çox zaman ala bilər. Nəyin harada olduğunu tapmaqda çətinlik çəkərsiniz. Və ya şirkət xaricində olduğunuzda təcili olaraq masanızdakı bir sənəd lazım olsa, iş yoldaşınızın masanızdakı o sənədə çatması heç də asan olmayacaq. Masanızdakı sənədləri təşkil etməklə iş yoldaşlarınızın da sizin üçün yaxşı şeylər düşünməsinin qabağına keçmiş olarsınız beləcə. Ayrıca ilk təəssürat mövzusu da var. Dağınıq masanızı görən, müdiriniz və ya potensial idarəçi namizədi ola bilər. Əvvəl dərin bir nəfəs alın və masanızın üstünü boşaldın. Sonra işinizə yarayan sənədləri kateqoriyalandırın, ayırın, işə yaramayanları da atın. Köhnəyə aid sənədləri arxivlənin. İrəlidə ehtiyac ola bilər. Amma əgər son 1 ildir o sənədlə heç bir işiniz olmadısa, bundan sonra da olmama ehtimalı yüksək.

Hər şeyi bir anda etməniz lazım deyil, stress etməyin. Hər gün işdən çıxmadan əvvəl 10 dəqiqəlik bir zaman ayırıb masanızı təşkil edə bilərsiniz. Sabahısı gün yenə eyni şəkildə, bu bir təkrarlanan halına gələnə qədər tətbiq edin. Keçmişiniz: İş həyatınızda hər hansı bir dəyişiklik olmamışsa, belə keçmişinizi aktuallaşdırın. 

 


Əlaqələriniz: Bahar təmizliyinin son qisimi ünvan dəftəriniz olmalı. Bu hissədə karierinizə və iş həyatınıza köməyi toxunacaq kəslər də iştirak etməli. Amma onlara necə çatacağınızı bilmirsinizsə yalnız adlar heç bir işə yaramayacaq. Kimə necə çatacağınızı araşdırın, qeyd edin. Daha yaxşısı onlarla təmas qurun və bu ünsiyyəti nizamlı davam etdirin. 

Son olaraq, yalnız masanızı, keçmişinizi və əlaqələrinizi təmizləyib aktuallaşdırmaqla qalmayın. Onsuz da bunları etdikdən sonra başqa nizamsız şeylər sizi narahat etməyə başlayacaq. Sənəd çantanızı, pulqabınızı və kompüterinizdəki yazıları da təşkil etmək yaxşı fikir. İş həyatındakı təşkilat, daha uzun nəfəsli qaçışlara imza atmanızı asanlaşdıracaq.
 
/Mənbə.Qadınlar.Biz/

(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 789
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri