Müsahibəyə gedərkən nələri götürmək lazımdır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2 622
Səs ver:
(səs: 2)
Beləliklə, müsahibə sabaha təyin olunub. Müsahibəyə hazırlaşmaq üçün müsahibədə verilən 10 standart sualın cavabını, müsahibə götürənə verəcəyiniz suallar və iş geyimi barədə diqqətlə və ətraflı düşünməlisiniz. Lakin sual yaranır: Müsahibəyə gedərkən nələri götürmək lazımdır?

Müsahibə üçün yaddaş aşağıdakılardan ibarətdir:

Rezume və tövsiyə məktubu
İş stilinə uyğun olan mavi rəngli 2 cibli qovluq alın. Qovluğun sol tərəfində rezumeni, sağ tərəfində isə tövsiyə məktubu və tövsiyə edən şəxslərin siyahısını yerləşdirin. Müsahibə vaxtı siz rezumenin bir nüsxəsini özünüzlə gətirdiyinizi qeyd edə bilərsiniz. Bu sizin açıq, dürüst və yaxşı təşkilatlanmış olduğunuzu göstərir.

Qeydiyyat üçün bloknot və qələm
Müsahibə vaxtı bloknotda qeydlər aparmağınız (hər sözü qeyd etməyə ehtiyac yoxdur) sizin müsahibə götürənə diqqətlə qulaq asdığınıza işarədir.

Vizit kartı
Biz məlumatları anlayaraq, eşidərək və vizual şəkildə qəbul edirik. Müsahib sizin haqqınızda nə qədər çox predmet qəbul edərsə, sizin müsahibədən keçmə şansınız bir o qədər çox olar.

Gediş sxemi
Yaxşı olar ki, müsahibə keçirilən yerə vaxtından əvvəl gələsiniz. Beləcə siz işə getməyinizin nə qədər vaxt alacağını müəyyən edə bilərsiniz.

Mobil telefon
Özünüzlə mobil telefon götürmüsünüzsə, əmin olun ki, o sönlüdür, cibinizdədir və ya çantanızdadır. Telefon zənginə cavab vermək üçün müsahibəni dayandırmaq ən böyük hörmətsizlikdir.

Əlavə atributlar:
Şirkət haqqında məlumat toplamaq
Demək olar ki, bütün müsahibələrdə bu sual verilir: "Siz bizim şirkət haqqında nə deyə bilərsiniz?” Belə bir suala hazırlaşmaq üçün şirkətin internet saytından və yaxud digər internet resurslarından istifadə etmək lazımdır.

Gülümsəmək
Gülüş –zamanında kontakt qurmağın bir vasitəsidir. Gülüş sizin heç kimi incitmək niyyətində olmadığınızın aşkar əlamətidir.
(səs: 2)
Şərhlər: 9
Baxılıb: 2 622
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri