Həkimlər bildirirlər ki, müasir dövrdə stres və həyəcan insanların ömrün
qısaldan əsas faktorlardan hesab edilir. Günün 8 saatını işləyən insan
əksər hallarda işdə bir çox problemli vəziyyətlərlə rastlaşır ki, bu da
onun psixoloji vəziyyətinə öz mənfi təsirini göstərir. Buna görə də
mütəxəssislər işdə stresdən uzaq olmaq üçün müxtəlif təkliflər irəli
sürürülər. Bu təklifləri aşağıdakı kimi qruplaşdırmaq olar:
Sevdiğiniz insanlara zəng vurun: Stres işə adaptasiya olmağınıza mane
olur, bu səbəbdən də işin məhsuldarlığı aşağı düşür. Bu zaman inadlı
şəkildə çalışmağı, hansısa bir işin öhdəsindən gəlməyi qarşınıza məqsəd
qoymağınız ağılabatan variant deyil. Bunun əvəzində daha yaxşı olar ki,
işinizə bir neçə dəqiqəlik fasilə verib sevdiyiniz bir insana zəng
vurasınız. Görəcəyiniz işləri unudub onunla danışacağınız 5-10 dəqiqə
fikrinizi stresdən yayındıracaq və işə daha həvəsli başlamağınıza şərait
yaradacaq. Şokolad yeyin: Aparılan araşdırmalar göstərir ki, şokolad yemək insanı
rahatlaşdırır, əhval-ruhiyyəni qaldırır. Buna görə də yaxşı olar ki,
istənilən vaxt çəkməcənizdə bir qutu şokolad olsun. (Həddindən artıq çox
yeməmək şərti ilə) Gülmək üçün vaxt ayırın : Gülmək hər zaman stresdən qurtulmağın ən asan
yolu hesab edilib. Buna görə də xoş vaxt keçirmək və gülmək üçün gün
ərzində özünüzə heç olmasa 10-15 dəqiqə vaxt ayırın. Sosiallaşın: Fasilə vermədən çalışmaq insanları həvəsdən salır, bu
mütəmadi hal aldıqda isə hətta depresiyaya düşməyə səbəb olur. Buna görə
də çalışın ki, işlərinizi görərkən həm də iş yoldaşlarınızla ünsiyyət
qura biləsiniz. Bu müəyyən müddətlik də olsa, diqqətinizin işdən
yayınmasına və müəyyən qədər əqli cəhətdən rahatlaşmağınıza şərait
yaradacaq. İş yoldaşlarınıza inanın: Bütün işləri təkbaşına görməyiniz mümükün
deyil. Elə anlar olur ki bu gün görməli olduğunuz n qədər iş varkən siz
heç yolun yarısına çatmamış həvəsdən düşürsünüz. Buna görə də daim
yardım istəyə biləcəyiniz, sonuna qədər inandığınız iş yoldaşlarına
sahib olmaq üçün çalışın. Ofisinizi sıxıcı görünüşdən xilas edin: Günümüzün demək olar ki, böyük
bir hissəsini iş yerində keçiririk. Bu zaman olduğumuz mühiti maraqlı
etmək isə bizim əlimizdədir. Bunun üçün iş masanızın üzərini sevdiyiniz
insanların rəsmləri və sizin üçün xüsusi əhəmiyyəti olan bir neçə əşya
ilə bəzəyin. Beləcə işiniz nə qədər çətin olsa da, ən azından ətrafa
baxanda sizi xoşbəxt edəcək, əhvalınızı yüksəldəcək əşyalarla,
"insanlarla” qarşılaşacaqsınız.