İşgüzar xanımlara məsləhətlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 128
Səs ver:
(səs: 0)
Saytımızda kifayət qədər işgüzar xanımlarımız var. "Səhər işə, axşam evə tələsən insan xoşbəxtdir” deyirlər. Bəzən evdar qadınlar çalışmadıqlarına görə özlərini heç vaxt xoşbəxt hiss etmirlər. Amma unutmayın ki, sizin də üzərinizə çox böyük məsuliyyət düşür-bütün ev işləri, uşaqlar, onların bağça və məktəbə getməyi, yoldaşınızı razı salmaq və s...Bütün bunları bacarmaq da bir işdir, həm də böyük iş... Lakin işləyən xanımlar üçün daha çətindir bütün bunları iş həyatı ilə paralel aparmaq. Bəzən nizamsız həyat, ağır iş günü, qeyri-sağlam həyat tərzi bir sıra xəstləliklərə  gətirib çıxara bilir. Səhv qidalanma, hərəkətsizlik, passiv həyat da bunlara aiddir.

İnanıram ki, bu xəbər saytımızın işgüzar xanımlarına çox kömək edəcək. Yazılanlara ardıcıl olaraq riayət etməyiniz məsləhətdir.
 
Səhər yeməyi
Əgər siz işlə əlaqədar səhər yeməyini yeyə bilmirsinizsə, çalışın nahardan əvvəl nəsə yeyəsiniz. Səhər yeməyindən imtina etməyiniz düzgün deyil, bu o deməkdir ki, siz gün ərzində enerjili olmayaqsınız. Yumurta, bir az çörək və ya sevdiyiniz meyvə səhər yeməyi üçün mükəmməl hesab oluna bilər. Yeyəcəyiniz qidaların tərkibində protein, karbohidrat və yağlar olmalıdır. Bu zaman siz özünüzü güclü hiss edəcəksiniz. Günün əvvəlində özünüzü əzgin və halsız hiss etsəniz, dərhal çay və ya qəhvə için, gəzintiyə çıxın, mağazaya gedib faydalı qidalar alın.

Nahar sonrası çay
Bir fincan qara çayın tərkibində 40-60 mq kofein və 50 mq-dan çox L-tianin adlı maddə var. Bu iki maddənin birləşməsi diqqəti və zirəkliyi artırır. L-tianin beyin fəaliyyətini stimullaşdırır. Amma məhz yaşıl çayın tərkibində L-tianin daha çoxdur.

Qəlyanaltı edin
Zülalla zəngin qidalar, məsələn, yağsız pendir, balıq, qaynadılmış yumurta və qoz beynin aktivliyini artırır, ən əsası yuxusuzluğun qarşısını alır. Çalışın ki, bu qidalardan saat 15:00-da istifadə edəsiniz, o zaman aktivliyin artmasının şahidi olacaqsınız.

Gəzinti
15 dəqiqəlik gəzinti olsa belə, çalışın ki, ofisdən çıxın. Çünki bu qanın fəallığının artmasına səbəb olur və sizə enerji verir. Ətraf aləmlə təmasda olmağınız sizi daha da gümrah edəcək. 
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 128
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri