Biznes haqqında ən maraqlı faktlar

Müəllif: Catwoman666
Şərhlər:
Baxılıb: 588
Paylaş:
Səs ver:
(səs: 1)
Statistikaya əsasən yeni açılan restoranların 90%-i elə açıldığı il də bağlanır.
Çərşənbə axşamı iş həftəsinin ən məhsuldar günüdür.

Hər gün dünyada təqribən 33 yeni məhsul yaradılır ki, onların da 13-ü oyuncaqdır.

Hər gün təqribən 65 insan milyonçuya çevrilir.

Qəhvə dünya üzrə benzindən sonra ən çox satılan ikinci məhsuldur.

Dünyada mövcud olan oyuncaqların təqribən 80%-i Çində istehsal edilib.

McDonalds şirkətinin əsas gəlirini hansı ölkədə yerləşməsindən asılı olmayaraq içkilər gətirir.

Mağzalarda uşaqlara aid əşyalar uşaqların onları daha rahat görməsi üçün aşağı rəflərdə yerləşdirilir.

Milyonçuların 20%-i heç vaxt universitet təhsili almayan şəxslərdir.

American Airlines şirkəti biznes klassda sərnişinlərə verilən salatdan cəmi 1 zeytunu çıxarmaqla təqribən 40 min dollar qənaət etmişdi.

Mağazalardan gələn xoş ətir süni qoxulardır və onlardan istifadə edilməsində əsas mqəsəd alıcını alış-veriş etməyə təşviq etməkdir. Bu xüsusi olaraq da ac olan alıcılara daha çox təsir edir.

Fast-food restoranlarında daim dinamik musiqini eşitmək mümkündür. Belə ki, bu musiqinin sədaları altında insanlar yeməyini daha tez yeyir və tutduqları masanı daha tez boşaldırlar.

Google yaradıcıları Larry Pedge və Sergey Brin 1998-ci ildə google-u Yahoo şirkətinə 1 milyard dollara satmaq istəsələr də, Yahoo şirkəti etiraz etmişdi. 7 ildən sonra, 2005-ci ildə Google şirkətinin dəyəri artıq 80 milyard dollar idi və illik gəliri 1,5 milyard dollar təşkil edirdi.

Reklam xidmətləri bazarında illik dövriyyə yarım trilyon dollar təşkil edir. Müqayisə üçün qeyd edək ki, dünyada tütün dövriyyəsi təqribən 400 milyard dollar təşkil edir.

loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 588
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv