İşdə danışmağı bacarın

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 145
Səs ver:
(səs: 2)
Çalışdığın sahədə bir peşəkar kimi tanınmağın əsas şərti ilk növbədə işgüzar ab-hava yaratmaq və həmkarlar arasında hörmət, etibar qazana bilməkdir.

Buna nail olsanız, artıq siz iş yerinizdə peşəkar mütəxəssis nüfuzu qazana biləcəksiniz. Bu, hətta sizə şirkətin nümayəndəsi kimi mühüm işgüzar danışıqlar aparmaq səlahiyyətini də verəcək.

İşgüzar danışıqlarda qarşı tərəflə razılığa gəlmək və hər şeyi uğurla başa vurmaq üçün də müəyyən psixoloji hazırlıq lazımdır.

Psixoloji mühitin yaradılması
Psixoloji cəhətdən danışıqların əsas vəzifəsi qarşı tərəfi inandırmaq və sizin təklifinizin onun tərəfindən qəbul edilməsinə nail olmaqdır. Buna görə danışıqlar çox nəzakətlə aparılmalı, xoşagəlməz danışıq tonu, hərəkətlər tamamilə unudulmalıdır.

Danışıq tərzi
Həddən artıq ciddi danışıq tərzi münasib deyil. Çünki vəziyyəti rəsmiləşdirərək, qarşı tərəfin səmimiliyini əldə edə bilməyəcəksiz.

Yaltaqlıq
Sizə lazım olan iş adamı ilə danışıq masası arxasındasınız isə, ilk növbədə onun özü və təmsil etdiyi şirkət haqqında xoş sözlər demək vacibdir. Çünki müəyyən bir sahədə uğur qazanmağa çalışanlar bunun başqaları tərəfindən qiymətləndirilməsini çox bəyənirlər. Lakin bunu çox səmimi etmək gərəkdir ki, onlar sizin yaltaq olduğunuzu düşünməsinlər.

Razılığa gəlin
Danışıqlar prosesində hər iki tərəf çalışmalıdır ki, daha çox maraqların toqquşduğu kulminasiya nöqtəsini aydınlaşdırıb, razılığa gəlsinlər. Çalışın həmin kulminasiya nöqtəsinə xoş və çox da uzun olmayan girişlə gəlib çıxasınız.

Taktika
İş tərəfdaşınız yanlış fikir söyləyirsə, bunu baxışlarınız ilə, jestləriniz ilə və ya intonasiyanız ilə bildirin. Əgər siz "mən bunu sizə sübut edərəm” kimi cümlələrlə etirazınızı bildirsəniz, o bunu "mən sizdən ağıllıyam” kimi başa düşəcək və aranızda mübahisə yaranacaq. Yaxşı olar ki, onun səhv etdiyini belə bildirəsiz: "mən başqa cür düşünürdüm, yəqin səhv etmişəm”, "gəlin, faktları bir də nəzərədən keçirək”. Əgər siz faktları düzgün analiz etmisiniz isə, o mütləq sizinlə razılaşacaq.

Danışmağın nəticələri
Hündürdən, astadan və ya tez-tez danışmayın. Hündürdən danışsanız, tərəfdaşınız elə biləcək, siz öz təklifinizi zorla yeritmək istəyirsiniz. Tez-tez danışsanız, düşünəcək ki, siz tələsik onu inandırmaq istəyirsiniz və fikirləşməyə vaxt vermirsiniz. Buna görə də stabil, mülayim ton seçmək lazımdır.

Ağılla hərəkət edin
Tərəfdaşınızın yanında əsla öz həmkarlarınızla mübahisə etməyin və ya onun sözünü kəsməyin. Yoxsa şirkətinizin heç də "vahid bir ailə” olmadığını göstərər və qarşı tərəfin özünüzə inamını itirərsiniz. Bundan əlavə işçinizlə diskussiya zamanı istəmədən hansısa gizli mətləbi də aça bilərsiniz.

Dinləyin
Tərəfdaşınızın nitqi, sizə xoş gəlməsə belə, axıracan dinləyin. Sonra öz fikrinizi bildirin. Dinləyərkən heç nəyi diqqətdən qaçırmayın, özünüzə ziyan edərsiniz. Ümumiyyətlə, dinləmək bacarığı hər hansı danışıqlarda çox mühüm amildir. Təsadüfi deyil ki, bu problemlə məşğul olan Minesota ştatı Universitetinin müəllimi Y. Stillin mühazirələrində ABŞ konqresinin senatoru və üzvləri, məşhur iş adamları iştirak edirlər.

Heydər Rzayev
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 145
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri