Qadınlar yarım gün işləməlidirlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 097
Səs ver:
(səs: 2)
Qadınların  alış-veriş edərkən nə qədər kalori itirdiyi və gün ərzində neçə saat çalışmalarının  lazım olduğu barədə iki elmi araşdırma aparılıb. Hər iki mövzuda olduqca təəccüblü nəticələr ortaya çıxıb. Belə ki, qadınlar yarım gün işləməlidir.

İngiltərənin tanınmış universitetlərindən Cambridge-in apardığı araşdırmada "Qadınlar bütün günü işləyəndə ailə ikinci plana keçir” fikri ortaya çıxıb. Son 30 ili araşdıran sosioloq – professor Jacqueline Scot, "Qadınlar artıq iş və ev yükünü daşıya bilmir. Buna görə ailəsini düşünən qadınlar yarım iş gününü seçir. Kariyeranı seçənlər isə ailələrində böyük problemlər yaşayır” fikirləri ortaya çıxıb. Alış-verişlə il ərzində 19 min kalori yandırılır.

İngiltərədə aparılan digər bir araşdırmaya görə, ayda 5 dəfə alış-verişə gedən qadın, hər bir çıxışında təxminən olaraq 3.2 kilometr yol qət edir. 2 min adamın alver vərdişlərinin araşdırılmasıyla aparılan bu tədqiqatda qadınların, ildə ən az 190 kilometr getdiyi qeyd edilib.

Buna görə, hər bir kilometr 100 kalorinin yandırılmasını təmin edir. Alış-veriş sayəsində də ildə 19 minə qədər kalori itirilir.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 2 097
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri