İşinizdə rəhbər ola bilərsiniz, evinizdə necə?

Müəllif: Fialka
Şərhlər: 3
Baxılıb: 374
Paylaş:
Səs ver:
(səs: 1)
”Həyat bir tamaşadır. Biz də onun aktyorları”… Həyatı teatr səhnəsinə bənzədən V. Şekspirın bu sözləri nə qədər də həqiqətə uyğundur. Üstəlik, həyatda hər insanın çox rolları var. Bəziləri həyatda həm həyat yoldaşı, həm ata, həm də bir idarə müdiridirlər. Təbii ki, məkandan asılı olaraq hadisələri də bu rollara uyğun oynamalıdırlar. Bu rolların necə alınması isə hər şeydən əvvəl o şəxsin fərdi keyfiyyətlərindən asılıdır.
Məsələn, bəziləri bu rollardan yalnız birini qəbul edir və həyatlarının böyük bir hissəsini bu rola həsr edirlər. Xüsusilə də rəhbər olduqları müəssisədə ətrafdakılara əmrlə müraciət edənlər bu rollarını eynilə evlərində də davam etdirirlər. Təbii ki, bu rollar arasındakı fərqi dərk edənlər, belə problemlərlə üzləşməyənlər də var. Ancaq ata və ya həyat yoldaşı olduqlarını unudanlar və iş yerindəki rolunu evdə davam etdirənlər də az deyil. İnsan iş yerində əmrlər verə və istədiyini almadıqda sərt qərarlar qəbul edə bilər. Ancaq eyni şeyləri evdə təkrar edə bilməz.

Əgər o, iş yerindəki səlahiyyətlərindən ailə üzvlərinə qarşı da istifadə etməyə çalışsa, müxtəlif problemlərlə üzləşər. Digər tərəfdən, onun uşaqları, xüsusilə də həyat yoldaşı ilə bu cür rəsmi rəftar etməyə haqqı yoxdur.

Ailədə başçı olmağı bacaran şəxs ailə həyatında arzu etdiyi tarazlığı qorumağı da bacarar. Həyat yoldaşı ilə münasibətlərini sevgi və hörmət üzərində qurar. Əks halda ailə üzvlərinin ona qarşı hörməti azalar və ailədə süni münasibətlər hökm sürməyə başlayar. Təbii ki, bu cür münasibətlər tərəflərin heç birini qane edə bilməz, sevgi və hörmətin yerini qorxu alar.

Buna görə də iş yerinizi tərk etdiyiniz andan evdəki rolunuzu mənimsəyə başlayın. Əsl müvəffəqiyyəti evdəki rolunuzla əldə edəcəyinizi unutmayın. Əgər işinizdən qaynaqlanan yorğunluqdan və ya iş yerinizdə baş verən problemlərdən yaxa qurtarmaq istəyirsinizsə, özünüzü çox əziyyətə salmayın, sadəcə olaraq rolunuzu dəyişin. Onda nə qədər rahat olduğunuzu görəcəksiniz.

loading...
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 374
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Sirine
Heleki ne iwliyirem.Nedeki ailem var.Amma 2 ay sonra her ikiside olacag)InwAllah onda yene bu xebere baxaram)
11 iyul 2016 12:02
3
....
Offline
vipbetul
bu yazini oxuduqda insan anlayirki heqiqetende eyni vaxtda bir insanin ne qeder rolu vardir hem dost hem dusman hem valideyin hem ovlad hem isci hem rehber cox rolumuz var o rollarinda ohdesinden hec ozumuzde bilmeden eyni vaxtda gele bilirik

bu yazini oxuduqda insan anlayirki heqiqetende eyni vaxtda bir insanin ne qeder rolu vardir hem dost hem dusman hem valideyin hem ovlad hem isci hem rehber cox rolumuz var o rollarinda ohdesinden hec ozumuzde bilmeden eyni vaxtda gele bilirik
10 iyul 2016 19:31
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Kölge
İşlemek cox gozeldi.......
10 iyul 2016 16:35
1
Her şeye gore şukur

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv