Artıq çəki karyeranı məhv edə bilər

Müəllif: Fialka
Şərhlər: 2
Baxılıb: 1 920
Səs ver:
(səs: 1)
Hər birimiz bilirik ki, artıq çəki sağlamlığa ziyanlıdır. Piylənmə diabet, oynaq problemləri və digər xəstəliklərə səbəb ola bilər. Bu yaxınlarda keçirilən ictimai sorğu nəticəsində məlum olmuşdur ki, nəinki sağlamlığa hətta karyeraya da ziyan verə bilər.

"Kökdür, demək tənbəldir” steriotipi çoxdan müasir insanların düşüncələrinə hakim olmuşdur.

Brianiyalı işçilər, arasında aparılan sorğunun nəticələrinə görə artıq çəkiyə malik insanlara işə düzəlmək və karyera qurmaq çox çətindir. Sahibkarlar belə insanları daha az iş qabiliyyəti və daha zəif əməksevərliyə malik olduğunu düşünürlər.

Bu yaxınlarda ABŞ-da keçirilən araşdırmalar nəticəsində məlum olub ki, artıq çəki problemi olan insanlar, daha az məhsuldarlığa malikdirlər və istehsalat travmalarına daha çox məruz qalırlar. Virginiya ştatı Universitetinin alimləri müxtəlif çəki dərəcələrinə malik insanların eyni işin icrasına sərf etdikləri zamanı hesablamışlar. Məlum olmuşdur ki, artıq çəki, insanların 40 % daha yavaş iş görməsinə səbəb olur.

Bu yaxınlarda Danimarkada da bu mövzuda qalmaqal baş vermişdi. Uşaq bağçasının işçisi Karsten Kaltoftu artıq çəkiyə görə əyilib uşağı ayaqqabılarının iplərini bağlaya bilməməsinə görə işdən qovmuşlar.

Sosioloqlar sübut etmişlər ki, əyər eyni bir işə, eyni bilik və bacarığa malik iki işçi müraciət etsə onda onlardan birinin artıq çəkiyə malik olması səbəbi onun bu işi itirməyinə gətirib çıxarar. 56% sahibkarlar etiraf etmişlər ki, artıq çəkini namizədlərin şəxsiyyətlərinin zəif olamsı ilə əlaqələndirirlər.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 1 920
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri