Peşə xəstəlikləri

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 3 052
Səs ver:
(səs: 0)
Göz quruluğu sindromu
Oftalmoloqlar bu xəstəliyə «ofis sindromu» deyirlər. Kompüter qarşısında, havasız, bağlı otaqda çox oturmaq göz suyunu qurudur. Gözdə qum varmış kimi hiss etmək, qızartı quruluğun əlamətləridir. Əgər xəstəliyin üstünə düşüb, vaxtında müalicə etməsən tezliklə əməliyyat masasına uzunmalı olacaqsan.

Nə etməli?
Hər 45 dəqiqədən bir fasilə vermək lazımdır. Bu hərəkətləri etmək gözdəki yorğunluğu atmağa kömək olacaq:

1. Əvvəlcə uzaq bir yerə, sonra burnunun ucuna bax.
2. Yuxarı aşağı, sonra sağa-sola bax.
3. Gözlərini yum, yavaşca barmağınla ovuşdur. Bu qan dövranını yaxşılaşdırır.
4. Gözünü qəfildən yumub aç.

Məlhəm: 2 xörək qaşığı suya yarım çay qaşığı bal töküb qarışdır. Bu məlhəmdən gündə iki dəfə 2 damcı gözə tök.

Bilək qıcolması
Kompüterin «mışkasını» tərpətməkdən biləkdə ağrılar baş verə bilər. Hətta ağrılar bəzən biləkdə qıcolmaların baş verməsinə də gətirib çıxarır. Bu damarlarda qan dövranının pozulmasına səbəb olur.

Nə etməli?
Bunun ən yaxşı çıxış yolu biləyi tez-tez nanə yağı ilə masaj etməkdir. Əgər bu kömək etmirsə, demək xəstəlik çox irəliləyib. Dərhal həkimə müraciət edin.

Xroniki yorğunluq sindromu
Bu sindroma daha çox qadınlarda rast gəlinir. Sindrom zamanı oynaqlarda, əzələlərdə ağrılar olur, özünü taqətsiz hiss edirsən. Heç bir işi etməyə həvəsin olmur. İnsanlar bunu soyuqdəymənin əlaməti hesab edirlər.

Nə etməli?
Bu orqanizmdə yod çatışmazlığının əlamətidir. Gecə yatmazdan əvvəl sinənə və belinə yod çək. Əgər səhər iz qalmırsa, demək yod çatışmazlığından əziyyət çəkirsən. Bunun üçün… · Gün ərzində çoxlu dəniz və süd məhsulları, yumurta ye.
Bu bəladan qurtulmaq üçün sənə aromaterapiya kömək edəcək. Vannanı isti su ilə doldurub içərisinə bir neçə damcı lavanda və ya reyhan yağı tök. İsti vanna qəbul etmək səni rahatladacaq.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 052
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri