Qanunsuz işdən qovulmısız?

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 2 457
Səs ver:
(səs: 0)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttişliyi Xidmətinin Əməyin sosial hüquq məsələləri üzrə nəzarət sektorunun müdiri Tərlan Mürsəlov bildirib ki, hamiləliyə, doğuşa və uşağa qulluğa görə məzuniyyətdə olan dövrdə qadının işdən çıxarılması qanunsuzdur.

O bildirib ki, təmsil etdiyin qurum iş yerlərində belə halları müəyyən edir. Belə hallar baş verirsə, İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi) maddəsinin tələbi ilə işəgötürən məsuliyyətə cəlb olunur, 1500-2000 manat məbləğində cərimələnir.
Bu sahədə kifayət qədər pozuntuların olduğunu qeyd edən müsahibim onların konkret hansı sahələrdə qeydə alındığı barədə məlumatsız olduğunu bildirib: "Bu problemi işəgötürənlə işçi münasibətləri baxımından konkret sahələrə bölmək olmaz. Belə pozuntular tikinti, xidmət, emal sənayesi sahəsində də baş verə bilər. Heç bir sahə bundan tam sığortalanmayıb”.

O qeyd edib ki, bu pozuntularla bağlı Ombudsman Aparatı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Əmək Müfəttişliyinə müraciətlər daxil olur: "Biz məsələyə predmet üzrə yanaşırıq və araşdırma aparırıq. Sonda qanunvericiliyə uyğun mövqeyimizi ortaya qoyuruq. Vətəndaşın hüquqlarını qorumaq üçün öz səlahiyyətlərimiz daxilində çıxış edirik. Biz faktı aşkarlayırıq. Qanunvericilik pozulubsa, işəgötürən inzibati qaydada cəzalandırılır. Işçi işşdən qanunsuz azad olunubsa, onun işə bərpa məsələsi məhkəmə müstəvisində həll olunur. İşçinin qanunvericiliyə uyğun olmadan işdən azad olunması barədə bizim rəyimiz varsa, həmin şəxs məhkəməyə 1:0 üstünlüklə gedir. Bu işlər üzrə iddia müddəti Dövlət Əmək Müfəttişliyinin vətəndaşa göndərdiyi rəsmi cavabı qəbul etdikdən sonra başlayır”.

Nazirlik rəsmisi qeyd edib ki, işçi və işəgötürən münasibətlərinin əksər hissəsi Bakıda formalaşdığı üçün bu pozuntuların əksəriyyəti Bakıda qeydə alınır.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından isə bu məsələ ilə bağlı onlara müraciət daxil olmadığı bildirildi.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 457
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri