İş xanımlarına vicdan əzabı verən məsələ

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 2 091
Səs ver:
(səs: 0)
Anaların çoxu düşünür ki, bütün günlərini tamamilə övladları ilə keçirmək uşaq üçün çox önəmlidir. Lakin bilmirlər ki, bütün günü yox, ən azı 1 saat uşağa ayırmaq, ətrafda ikisindən başqa heç kimin olmadığı bir şərait yaradıb onun bütün ehtiyaclarını ödəmək daha yaxşıdır.

Analar uşağa istədiyindən də artıq yemək yedirməklə düşünürlər ki, bu, onun bütün ehtiyaclarını ödəmiş olur. Bu, yanlışdır, əksinə, övladın duyğusal ehtiyaclarını ödəmək lazımdır.

İşləyən qadınlar bacardıqları qədər övladlarının heç bir istəyinə “yox” demirlər. Hesab edirlər ki, övladlarına lazımınca vaxt ayırmamaqla onların sevgisini itirirlər və bunun qarşısını almaq üçün hər istədiklərini etsələr yaxşıdır. Amma bu, çox yanlış düşüncədir. Övladın hər istəyi ilə razılaşmaq olmaz, əks halda onlar daha da çox şey istəyərlər. Onların nazı ilə oynamaq gələcəkdə məktəb həyatında, insanlar arasına çıxanda uyğunlaşmalarına problem yaradacaq. Çünki ətrafdakılar onların hər istəyinə baş əyməyəcək.

Araşdırmalar nəticəsində iş xanımlarının daha çox stress keçirdiyi və depressiya halları ilə qarşılaşdığı bəlli olub. Bunun səbəbi isə xanımların övladlarına yetərincə vaxt ayıra bilməməsi, onu tanımadığı bir dayəyə həvalə etməsilə bağlı yaşadığı stressdir. Xanımlar bilməlidir ki, uşaqların ən çox ehtiyac duyduğu sevgi və diqqətdir. İşləyən xanımlar övladlarına az vaxt ayırdıqları üçün dərd etməməlidirlər. Bütün günü bir yerdə olmaqdansa, az vaxt da olsa uşaqla maraqlanıb, sevildiyini ona hiss etdirmək, birlikdə keyfiyyətli vaxt keçirmək daha önəmlidir.

Uşağa ayrılan vaxtın çox, ya az olması önəmli deyil, önəmli olan onun sizin üçün nə qədər dəyərli olduğunu, onu nə qədər çox sevdiyinizi qısa zaman çərçivəsində belə olsa, ona hiss etdirməkdir.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 091
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri