Kariyera yoxsa ailə həyatı?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 2 406
Səs ver:
(səs: 0)
Karyera, yoxsa ailə həyatı - bu mövzu həmişə aktual olub və olaraq da qalır. Karyera insan həyatında daha çox önəm kəsb etdiyi üçün bugünkü gənclər buna daha çox önəm verir. Amma görürsən ki, karyeraya meylli olan gənclər daha çox cəmiyyət qarşısında bəzi problemlərlə üzləşir, qınaq mənbəyinə çevrilir. İnsanlar onları başa düşmür.

Hal-hazırda Azərbaycanda gənclər inkişafa çox meyllidir. Bizdə milli-mənəvi dəyərlər, milli mentalitet gənclərin qarşısına böyük sədd qoyur. Bizdə bugünkü gənclər daha çox təhsil almaq, xaricdə öz təhsilini inkişaf etdirmək, karyera qurmaq istəyir. Artıq karyera qurmaq istədiyi zaman həm də ailənin öz problemi ilə rastlaşır. Ailə istəyir ki, övladını tez evləndirsin, ailə-uşaq sahibi olsun. Amma gənclər də karyeralarını inkişaf etdirmək istəyirlər. İstər iş sahəsində, istərsə də təhsil sahəsində uğur qazanmaq niyyətində olurlar. Bu da onların gələcək həyatında daha çox əhəmiyyət kəsb edir. Ya işi, ya da ailə həyatını seçməlisən. Bunların ikisi bir arada olmur. Əsasən də xanımlarımıza bu, bir qədər çətinlik törədir. Kişilər həm işdə yüksələ, həm də ailə sahibi ola bilər. Amma xanım öz qayğısını, nəvazişini, sevgisini öz ailəsinə həsr eləməlidir. Bizim kişilərdə də bu problemlər var. Çox zaman xanımını başa düşmür, düzgün anlamır və xanımların karyerasına son verilir. Hətta ali məktəbin 1-ci, 2-ci kursunda oxuyan xanımlar ailə həyatı qurur və beləliklə də təhsilini davam etdirmir. Yaxud da gənclər xaricdə təhsil almaq istəyir, amma ailəsi buna imkan vermir.

Karyera insana cavanlıqda lazımdır. Karyera insanın bu günüdür. Bu gün inkişaf edirsən, əhatə dairən çoxalır. Karyera qurandan sonra düzgün tərəfi seçmək şansın da çox olur, insanları daha yaxşı tanımağa başlayırsan. Karyera insana bir növ fürsət verir. O fürsətləri zamanında qiymətləndirməsək, sonra əldə etmək çətin olur, amma ailəni hər zaman qurmaq olur.

İnsan həmişə hər hansı addımı atanda kənardakıların fikrini düşünür. "Biz belə etsək, kim nə deyər?" fikrindən asılı oluruq. Əgər biz bu asılılığı öz üzərimizdən götürsək, daha azad, xoşbəxt yaşayarıq, daha çox inkişafa meylli olarıq.

Bəs sizin fikrinizcə, karyera, yoxsa ailə həyatı? Hansı daha çox lazımdır?
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 406
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri