Ailə yoxsa kariyera?

Müəllif: Son Bahar
Şərhlər: 2
Baxılıb: 2 597
Səs ver:
(səs: 0)
Ənənəvi anlayışda qadın- ailə ocağının qoruyucusudur. O evdarlıq edir, uşaqları tərbiyə edir, onun yoldaşı isə ailənin maddi rifahının qayğısına qalır. Lakin bizim dünyamız dəyişir və müasirləşir. Müasir qadınlar tez-tez nikah və ya şəxsi müvəffəqiyyətli karyera seçimi problemi ilə rastlaşırlar. Ailəni kişi dolandırmalıdır kimi fikir artıq heç kəsdə yaranmır. "Mən özüm özümü təmin etmək istəyirəm", "Mən heç kimdən asılı olmaq istəmirəm" kimi frazalar xanımlar arasında çox aktuallaşıb. Bu məsələni aydınlaşdırmaq üçün biz hər iki variantı nəzərdən keçirməyi təklif edirik.

İşləyən qadın tələb edilən mütəxəssis olduğundan mənəvi zövq almağa başlayır. O maliyyə müstəqilliyinə əsaslanaraq sabahkı günə əminliklə baxır. Zərif cinsin nümayəndələri hələ evlilikdən əvvəl uğurlu karyera irəliləyişinə malik olmağa və ya şəxsi biznes qurmağa çalışırlar. İş onları tamamilə özünə çəkir və ailəyə vaxt çatmır.

Karyeranın seçimi vaxtı üstünlüklər və mənfi cəhətlər
Üstünlüklər
Öz həyatını sevimli işinə həsr etmək imkanına malik olursunuz;
Kolleqalarınızın nüfuzuna və hörmətinə layiq olursunuz;
Maliyyə cəhətdən müstəqillik;
Geniş dünyagörüşü.

Mənfi cəhətlər
Boş vaxtın yoxluğu;
Ailədə münaqişələr;
Stresslər və orqanizmin yorulması ;
Köhnə dostların itirilməsi.
Ailə səadəti
Evdar qadın özünü bütövlükdə ailəsinə həsr edir, evin quruluşu və ailə ocağının saxlanılması ilə məşğul olur. Kişini isə belə vəziyyət tamamilə razı salır.

Bu seçimin üstünlükləri və mənfi cəhətləri
Üstünlüklər

Ev ilə məşğul olmaq və öz uşaqlarınızın yanında olmaq imkanı;
Xarici görünüşə və sağlamlığa qulluq;
Teatra və kinoya getmək imkanı;
Dostlarla görüşmək imkanı.

Mənfi cəhətlər
Boş vaxtın çox olması bəzən sıxıntı hissi yaradır;
Ev işləri artıq vəzifəyə çevrilir;
Maliyyə asılılığı.
Karyera və ailəni uyğunlaşdırmaq çətin olsa da, qadınlar üçün qeyri-mümkün heç nə yoxdur. İşdə reallaşdıra biləcək istedadınızı gizlətmək lazım deyil, bundan başqa özünüzü şəxsi xəşbəxtlikdən də məhrum etməyin.

Ən əsası ailə və karyeranı ayırmaqdır. Ofisdən gedərək bütün mənfi emosiyaları və problemləri orada tərk edin. Əgər işdə siz rəhbərsinizsə, bu zaman evdə doğma insanlarla sadəcə qadın olun
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 597
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri