Ofisdə işləyən qadınlar necə qidalanmalı?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 4 391
Səs ver:
(səs: 0)

 

Ofisdə çalışan, saatlarla masa arxasında oturan kəs çox vaxt ilk görünüşdən diqqəti cəlb edir. Onun iş rejimi haqqında ilk təəssürat şişmanlıqdan, irəli çıxan qarından və artıq çəkidən yaranır. Vay o gündən ki, artıq çəkidən əziyyət çəkən beləsi idmanla məşğul olmağa tənbəllik etsin. Onda vəziyyət bir az da tündləşir.

Lakin hər şeyə çarə tapan diyetoloqlar bu problem qarşısında da aciz deyillər. Onlar məhz bu halda yüksək fayda verən gözəl və ələdüşməz pəhriz resepti təklif edirlər. Özü də elə resept ki, həmin rejimə əməl edərkən həm işləyirsən, həm yeyirsən, həm də artıq çəkidən xilas olursan. Başqa sözlə, həm oturasan, həm ötürəsən, həm də itirəsən...

Bu pəhriz 30 gün ərzində 15-20 kq çəki itirməyə imkan verir. Ancaq bir şərtlə ki, ona tam əməl olunsun, əks halda çəki artır. Maraqlıdır ki, bu pəhrizin sirləri uzun müddət gizli saxlanılıb. Ciddi əməl etdikdə orqanizm cavanlaşır və şlaklardan təmizlənir. Pəhrizə başlamazdan əvvəl bağırsaqları təbii işlədicilər və imalə ilə mütləq təmizləmək lazımdır. Ona əməl edərkən qəbizlik yarana bilər və bu zaman təbii işlədici vasitələr qəbul etmək olar. Pəhriz susuzluqla müşayiət oluna bilər, lakin yağ hüceyrələrinin quruması üçün çox su içmək məsləhət görülmür.

Pəhrizin üstünlüyü ondan ibarətdir ki, arıqladıqda dəri sallanmır, əksinə yığılır və dartılır (bunun üçün ilk növbədə çox su içilməməlidir).

Şəkər, mürəbbə, kompot və şəkər saxlayan digər qidaları qətiyyən qəbul etmək olmaz.

Əgər pəhrizin ilk üç günündə ağızda acılıq və dildə ağ ərp əmələ gəlibsə təşvişə düşmək lazım deyil. Bu, illərlə orqanizmdə yığılan şlaklardan xəbər verir. Hətta səpki də əmələ gələ bilər, amma bunlar 1-2 sutka ərzində ötüb keçir.

Pəhrizə başlamazdan əvvəl:

Bağırsaqların təmizlənməsi. Yaxşı təmizlənmə üçün isti/qaynar su içilməlidir.
Pəhrizin bütün lazımi komponentlərini əvvəlcədən almaq. Bal təbii olmalıdır, əks halda müsbət nəticə olmayacaq.
Günləri qarışıq salmamaq üçün yaxşı olar ki, pəhrizə bazar ertəsindən başlanılsın.
Nəticələr:

Birinci həftədə 5-7 kq çəki itirilir.
Ciddi rejimə baxmayaraq sonrakı 2 həftədə çəkidə heç bir dəyişiklik müşahidə olunmur.
Sonuncu həftə 9-11 kq çəki itirilir.
Nəticədə ilkin çəkidən asılı olaraq ümumi çəki itkisi 15-20 kq olur. İlkin çəki nə qədər çoxdursa, bir o qədər çox çəki itir.
1, 2, 3-cü həftələr eyni qaydada, 4-cü həftə isə fərqli əməl olunur.

Birinci gün

Səhər yeməyi və nahar

Gün ərzində kiçik fincanlarla 1 l süd

Şam yeməyi

1 stəkan tomat şirəsi və 100 qr qara çörək

İkinci gün

Səhər yeməyi

100 qr qara çörək, 20 qr kərə yağı, 1 çay qaşığı bal, südlü qəhvə (şəkərsiz)

Nahar

100 qr suda bişmiş toyuq və ya mal əti + bulyon, 100 qr holland pendiri, 100 qr qara çörək

Şam yeməyi

Qaynadılmış 2 yumurta

Üçüncü gün

Səhər yeməyi

2 alma və ya 2 portağal və ya 2 şaftalı

Nahar

Tərəvəz şorbası (sürtgəcdən keçirilmiş və ya xırda doğranılmış tərəvəzlər suda bişirilir, sonda 1 çayqaşığı bitki yağı əlavə olunur), 2 qaynadılmış kartof (çörək əvəzi), 1 stəkan qaynadılmış yaşıl noxud

Şam yeməyi

3 pomidor və 2 xiyardan hazırlanmış salat (yağsız), 1 çay qaşığı bal ilə 1 stəkan çay

Dördüncü gün

Səhər yeməyi

Şəkərsiz südlü qəhvə, 100 qr holland pendiri

Nahar

100 qr suda bişmiş toyuq əti (mal əti və ya balıq), 100 qr qara çörək,

2 ədəd suda bişmiş yumurta

Şam yeməyi

1 stəkan kefir

Beşinci gün

2-ci günün menyusu

Altıncı gün

3-cü günün menyusu

Yeddinci gün

4-cü menyusu

4-cü həftə

Bazar ertəsi

1,5 kq alma

Çərşənbə axşamı

1,5 kq suda bişmiş toyuq əti

Çərşənbə

1,5 kq xiyar və pomidor

Cümə axşamı

1 kq suda bişmiş mal əti

Cümə

0,5 kq holland pendiri + 1 butulka mineral su

Şənbə

1 l kefir + suda bişmiş 2 yumurta + qaynadılmış balıq

Bazar

1 butulka üzüm şirəsi (və ya qırmızı çaxır) + 1 kq holland pendiri

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 4 391
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri