İşguzar adamların şəxsi həyatlarına da vaxt ayırmaları tövsiyyə olunur

Müəllif: Barbaris
Şərhlər: 2
Baxılıb: 1 681
Səs ver:
(səs: 0)
İşgüzar şəxslər üçün gündəlik həyatları iki hissədən ibarət olur: iş və ev həyatı. Təbii ki, insanların maddi asılılığını nəzərə alsaq, iş həyatlarına daha çox diqqət və önəm verdiyini görə bilərik. Saatda bir dəqiqə belə otaurduğu yerdən qalxmadan iş başında olmaq, əlbəttə ki, maddi cəhətdən bizə müəyyən töhfələr versə də, mənəvi və psixoloji baxımdan müəyyən problemlər yarada bilir. Bu zaman iş həyatında yaranan gərginliklər şəxsi həyatımıza da təsirsiz ötüşmür. Bəs, görəsən, işdəki gərginliyi necə aradan qaldıra bilərik?

Psixoloq Murad İsayev Qadınla.com-a açıqlamasında iş həyatındakı məhsuldarlığı, keyfiyyəti yüksəltmək üçün müəyyən plan cızmağın vacib olduğunu deyir. O, gün ərzində müxtəlif probelmlərə, işlə yanaşı, şəxsi həyata da lazımi vaxt ayırmağın vacibliyini vurğulayır: "Hər bir işgüzar şəxs işinin keyfiyyətini artırmaq üçün müəyyən qrafik cızmalıdı. Zamanın düzgün idarə olunması çox önəmlidi. Çalışmalıyıq ki, gün ərzində işə, şəxsi həyata, o cümlədən həlli gözlənilən müxtəlif məsələlərə vaxt ayıra bilək. Bir işlə bir saat məşğul olacağımız halda daha artıq vaxtımızı buna sərf etməyimiz yorğunluğa və gərginliyə səbəb ola bilər. İş həyatında məhsuldarlığı artırmaq üçün çin mütəxəssilərinin araşdırmalarına nəzər yetirə bilərik. Onlar şirkətlər üçün belə bir qrafika hazırlayıblar. Kompüter önündə, oturaq işlə məşğul olan şəxslər 55 dəqiqə, bir saatdan sonra ayrılmış xüsusi otaqlarda fiziki hərəkətlərlə məşğul olmalıdırlar. Ən azından saatda bir dəfə otaqdan çıxa, hərəkət etmək, kiminləsə canlı ünsiyyət qura bilərsiniz. Bu iş həyatı üçün çox önəmlidi. Bir saatdan bir 7-8 dəqiqə işə fasilə vermək işgüzarlığın artmasına da təsir edəcək".

M.İsayev deyir ki, iş başında ikən otaq normal ab-havada olmalıdı. Əgər iş otağımızda başqa hər hansı bir canlı olarsa, bu zaman müsbət əhval-ruhiyyəyə köklənə bilərik. Psixoloq iş otaqlarının rənglərinin insanlara təsirindən də söz açır: "Çalışmaq lazımdır ki, iş otağımız normal ab-havada olsun. Oksigenlə bol, cansıxıcı ab-hava olmamalıdı. Otaqda yaşıl və mavi rənglərin olması çox önəmlidi. Bu rəng tonları stressi azaltmaqla yanaşı, insanları sakitləşdirir, onlara daxili rahatlıq gətirir. Təbii ki, otaqda hər hansı başqa bir canlı, məsələn quş, yaxud akvarium olarsa, bu, iş adamlarına daha müsbət təsir bağışlaya bilər".

Psixoloq cansıxıcı ab-havanın aradan qaldırmağın yollarından danışaraq sakit, həzin mahnılara qulaq asaraq gərginlik və stressdən kənarlaşa biləcəyimizi deyir: "Daxili aləmi sakitləşdirən musiqilərə qulaq asmaq tövsiyə edilir. Müvəqqəti olaraq işdən ayrılaraq bu cür musiqiləri dinləmək məsləhət görülür. Məsələn, siz rəqs etmək üçün aktiv mahnılara qulaq asa bilərsiniz. Lakin meditasiya tipli mahnılar da istirahətiniz üçün faydalı təsirlərə malikdi. Bu cür musiqilər insanın daxili aləminə xüsusi sakitlik gətirir, aqressiv templər, demək olar ki, olmur. Daha çox insan qulağı üçün təbii olan səslərdən istifadə edilir. Maksimum dərəcədə yüksək tempdə olan səslərdən, rok ifalarından qaçmaq lazımdı. Çünki bu tip ifalar özündən asılı olmayaraq insanın beynində gərginlik yarada bilər. İnsan resursları üzrə mütəxəssislər iş həyatında zamanı idarə etmə ilə bağlı təlimlər keçərək bir saatdan bir sadaladığımız tələblərə əməl etməyin vacib olduğunu deyir. Onlar bu yolla işdəki məhsuldarlığın artırılacağını vurğulayır".

Ekspert saatda bir neçə dəqiqə istirahətə vaxt ayırmağın gündəlik iş rejimimizdən elə də çox olmayan, təxminən yarım saat oğurladığını vurğulayır. O yarımçıq qalan işlərin evdə həll edilməsini məsləhət görmür. Və tövsiyə edir ki, yataq otağında, ümumiyyətlə, kompüter işləri ilə məşğul olmayaq: "İşdən evə qayıtdıqda yenidən iş həyatı ilə məşğul olan şəxslər bunu daha məhsuldar olmaq üçün etsələr də, növbəti gün istədiyi keyfiyyəti əldə edə bilmirlər. Çünki evdə yetərincə istirahət edə bilmədikləri üçün yeni iş gününə yorğun halda başlamalı olurlar. Bu səbəbdən yeməyimiz, içməyimiz, yatmağımız, iş həyatımız üçün qrafik vaxt ayırmalıyıq. Zamanı idarə etməyin düzgün qurulması həm ailə, həm də ki iş həyatımız üçün çox önəmlidi. Əks halda bir insan gündəlik enerjisini düzgün korreksiya edə bilmədikdə səhərisi gün neqativ əhval-ruhiyyə, yuxulu, halsız vəziyyətdə işə gəlir. Ya da ki, gecə saatlarında Facebook və bu kimi sosial şəbəkələrdə vaxt keçirtdikləri üçün səhər işə normal ab-havada qayıda bilmir, məhsuldarlığı aşağı düşür, müəyyən qədər daha çox stressə meylli olur. İnsan özünə, 10-15 dəqiqə daha çox işləyim, deyə yanaşdıqda bir müddət sonra onda yorğunluq müşahidə edilir. 8 saatdan sonra işlə məşğul olmaq, ümumiyyətlə, düzgün deyil. Ən əsası da yataq otağında kompüter qabağında əyləşmək olmaz".

Son zamanlar cəmiyyətdə nevroz, psixoloji problemlərin çoxaldığının müşahidə edildiyini deyən M.İsayev insanlarda yaranan yorğunluğun da xroniki hal aldığını söyləyir. O, iş həyatında stressdən azad olmanın yollarından danışır: "Demək olar ki, 3 nəfərdən birində xroniki yorğunluq var. Bu da zamanın düzgün qurulmaması, stress, gərginlikdən uzaq olmanın yollarını bilməməkdən irəli gəlir. İnsanda özünümüdafiə sistemi var. Bu sistemin normal fəaliyyəti üçün gərək ki, o şəxsin psixologiyası normal olsun. Bunun üçün çalşmalıyıq ki, iş saatlarında belə, bizə daxili sakitlik gətirən, dincəldən, zövq verən işlərlə məşğul olaq. Müəyyən gərilmə hərəkətləri var ki, bununla da stressimizi ata bilərik. Məsələn, "jim" etməklə. Təklif olunan normalara əməl etməklə biz stressin gün ərzində nə qədər azaldığını müşahidə edə bilərik. Sinir sistemimizin ən həssas yerlərini, qolları, ayaqlarını soyuq su ilə yumaq çox önəmlidi. Bu zaman insanın əhval-ruhiyyəsi normallaşır, stressdən uzaq olur".

O, yeni iş həftəsinə müsbət əhval-ruhiyyədə başlamaq üçün həftə sonunu daha aktiv və əyləncəli keçirməyi tövsiyə edir: "Mütləqdir ki, həftə sonuna hər hansı iş planlaşdırmayaq. Bacardığımız qədər istirahətə vaxt ayırmalıyıq. İşi bacardığımız qədər evə daşımamalıyıq. Kommunal xərcləri ödəmək, bazarlıq və s bu kimi işləri çalışmalıyıq ki, həftə sonuna saxlamayaq. Bəzi xanımlar ev işlərini görməyi həftə sonuna planlaşdırırlar. Əgər bunu edərsinizsə, yenə də çalışın ki, həftə sonu özünüzə, istirahətinizə vaxt ayıra biləsiniz. Xüsusi ilə də işgüzar insanlar çalışmalıdırlar ki, aktiv istirahətə üstünlük versinlər. Çünki həftə sonu yalnız yeyib-içib yatmaqdan ibarət deyil. Əylənmək, fiziki hərəkət etmək, məsələn, rəqs etmək, daha aktiv həyat tərzi yaşamaq həftə sonu üçün çox önəmlidi. Passiv istirahətdənsə, aktiv istirahətə üstünlük vermək lazımdı. Belədə yeni həftəniz gözlədiyinizdən daha məhsuldar olacaq".
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 681
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri