Karyera qızları qarıdır…

Müəllif: Barbaris
Şərhlər: 3
Baxılıb: 2 042
Səs ver:
(səs: 1)
Evdə qalmış qız” statusu
Cəmiyyət nəzərində “evdə qalmış” rəftarı görən qızlar narahat olurlar. Məruz qaldıqları mənfi rəftar qarşısında bəzən təkliyə qapılan gənc qızlar istəmədikləri kəslərlə evlənmək məcburiyyətində qalırlar. Xüsusilə adətlərin güclü olduğu Şərq ölkələri bu tətbiq ağırlığını daha çox hiss etdirir. Evdə qalma qorxusu erkən yaşda evliliklərin də ən böyük səbəblərindən biridir. Qadınlarla yanaşı kişilər də eyni mənfi baxış tərzi ilə qarşı-qarşıyadır.

Psixoloq Taryel Farizoğlu ilə xüsusilə qadınların gec ailə qurması və buna səbəb olan amillər, eyni zamanda, cəmiyyətin həmin qızlara baxışının psixoloji təsirlərindən danışdıq. Psixoloqun fikrincə, qızların ailə qurmağı təxirə salması sonradan bir çox problemə yol açır: “Bu da təbii haldır. Çünki insanın fiziologiyasından tutmuş bu məsələyə baxışa kimi psixologiyaya bu məqamda mənfi təsir göstərir. Qadınlarda müəyyən tələbatların ödənilməməsi 30 yaşdan sonra hormonal problem yaradır. Hətta güclü orqanizmə sahib qadınlarda da bu problemlər özünü büruzə verir. Zəif orqanizmli qadınlarda isə bu, artıq özünü müxtəlif xəstəliklərlə göstərir”.

Kiminsə həyatını müzakirə etmək haqqımız varmı?

Bəs, cəmiyyətimiz gec ailə quran qızlar haqqında xoşagəlməz ifadələr işlətmək haqqını hardan alır? Niyə məhz bunu müzakirə obyektinə çevirməliyik? Bu ki qadınların öz həyatı ilə bağlı qərarlarıdır. Bu müdaxilə hansı təsirləri yaradır? Taryel Faziloğlu bu suallarımıza da aydınlıq gətirdi: “Doğrudur, həmin qadınlar bir tərəfdən də, cəmiyyətin təzyiqinə məruz qalırlar. Belə ki, cəmiyyətin bu məsələyə baxışı, qınağı həmişə qızlarda psixoloji gərginlik yaradır. Bu da onların sinir sisteminə mənfi təsir göstərir. Belə ki, daimi gərginlik onların sinir sistemində boşalmalar yaradır, əsəb pozuntularına səbəb olur. Həmin xanım artıq müəyyən müddətdən sonra əsəbi xarakterli olur, daha kobud davranışlara yol verir. Bu da nəticədə onu ətrafından, iş yerindən, ümumilikdə cəmiyyətdən soyudur. Bununla da həmin psixoloji problemlər böyüyərək stressə, depressiyaya gətirib çıxarır. Bu hal da qadınlarda artıq nəzərə çarpmağa başlayır”.

Yanlış düşüncə
Psixoloq onu da əlavə etdi ki, cəmiyyətin düşüncə tərzi hansı düşüncə sisteminə, psixologiyaya sahib olmasından çox asılıdır: “Biz Şərq düşüncə tərzinə malikik. Bizdə fikir yürütmək toplumsal xarakter daşıyır. Bu da cəmiyyətin düşüncəsinə bir yanlışlığın hakim kəsilməsidir. Beləliklə, insanlar özlərinə haqq verirlər ki, hər hansı şəxsi qiymətləndirsinlər və onun haqqında fikir yürütsünlər. Nəticədə də insana cəmiyyətin fikirlərinin təsiri böyük olur. Avropada fərdi psixologiya tərzi üstünlük təşkil edir və heç kim heç kimin şəxsi həyatına qarışmır. Həyatı barədə verdiyi qərarlarda hər zaman haqlı sayılır. Bizim xalqımız da Şərq psixologiyasını tətbiq etdiyindən bu cür problemlər yarana bilir. İnsanları adətən istiqanlı, soyuqqanlı kimi qruplara bölürlər. Biz də ümumilikdə istiqanlı xalqıq və buna görə də ətrafımızdakı insanlara, onların həyatına biganə qala bilmirik. Bundan qaynaqlanaraq da müəyyən fikir bildirməli oluruq”.

Deməli, qızların gec ailə qurmasının və ya qarımasının birinci səbəbi sosial azadlıqla bağlıdır. Belə ki, sosial sahədə aktivləşən, ayrı-ayrı işlərdə uğur qazanan bir çox qızların ailə həyatı qurmaq mövqeyi müəyyən qədər zəifləyir. Çünki belə xanımlar düşünür ki, əgər ailə həyatı qursalar, bu, onların karyerasına mənfi təsir göstərəcək. Belə qızlar bir də onda ayılırlar ki, yaş 35-40-a çatıb, ailə isə yoxdur. Bu da cəmiyyətin gözündən qaçmır və maraq obyekti olur.

Digər səbəblər…
Yaranan vəziyyət müxtəlif istiqamətlərdə müzakirə və izah olunur. Ailə məsələləri üzrə mütəxəssislər gənc qızların yaşadığı bu vəziyyəti, qəbilə və tayfa əlaqələrinin davamı olaraq qiymətləndirir. Onların fikrincə, problemin sosioloji tərifini isə əmək bölgüsündə yaşa görə qadın və kişiyə yüklənən rollar şəklində yekunlaşdırır. Müəyyən bir yetkinlik mərhələsindən sonra evlənə bilməyən kişi və qadınların cəmiyyətdə “funksiyası xarab” deyə qəbul edildiyini ifadə edən yetkililər, ənənəvi quruluşda soyun davamının cinsiyyətdəki iş paylaşmasına bağlandığını xatırladır. Bəhs edilən narahatlığın zaman içində “anormalitaya” döndüyünə diqqət çəkən professorlar, xariclənən, təzyiqə məruz qalan və tez-tez görücülərlə həmsöhbət qalan qız və ya kişinin ictimai çarələr axtarışına başladığını yazır. İçindən çıxılmaz bir hala düşən qız və kişinin ətrafda problemli olaraq görülməsi səbəbindən özünə inamlarını itirdiyini izah edən professorlar, “Möhtərəmliyi itirmə narahatlığı, fərdə mənfi təsir edər, depressiya kimi sonsuz bir dövrün içinə salar”, – deyə bildirirlər. Cinsiyyət və yaşa söykənən mühakimələr, şəxsin içində olduğu qruplara görə şərh olunmasını tələb edir.

Eyni zamanda, qadın və kişilərdə evlilik yaşının bölgədən bölgəyə dəyişdiyini xatırladaraq Şərqdə 20-25 arasında olan evlilik çağının qərbdə 30-35-ə qədər çıxa bildiyini vurğulayır. Evliliyin qadında ictimai şəxsiyyət və dayaq meydana gətirdiyinə toxunan professorlar, təhsilli və peşələriylə ayaqları üzərində dayana bilən qadınların evlilikdə ictimai təzyiqə daha çox dözə bildiyini dilə gətirir. Məsələnin təməlində ictimai, iqtisadi və mədəni faktorların yatdığını söyləyən mütəxəssislər Şərq ənənə və adətlərində qadının “namus” baxımından evli və müəyyən bir kişinin qoruması altında seçildiyini köçürür. Bəzən maddi imkanların kafi olması bəhs edilən məhdudlaşdırmağı ortadan qaldırmadığını bildirilərək müasir ölkələrdə belə iqtisadi azadlıqların qadınların evlənməsində təyinedici faktor sayıldığını xatırladılır.

Qeyd edək ki, bölgələrdə qızlar erkən yaşda ərə verildiyindən artıq 23-25 yaşlı qızları olan ailələr narahat olmağa başlayırlar. Eyni zamanda, ətrafda da artıq söhbət obyektinə çevrilir və səbəblər axtarılmağa başlanır.

Mütəxəssislər, evliliyi gecikən qadınların yaşadıqları çətinlikləri bu şəkildə açıqlayır: “Niyə evlənmirsən? sualıyla şəxsin günləri əziyyətə çevrilər. Bu davranış psixoloji məhdudlaşdırma və böhranı özü ilə gətirər. Biri ilə evlənmək çox vaxt bəyənilmək mənasını verər. Bu duyğunu yaşamamanın verdiyi fərdi problemlər ortaya çıxar. Nəticədə dəyərsizlik və təklik duyğusu depressiyaya səbəb ola bilər”.

Evlənə bilmədikləri üçün problemlər yaşayan qadınlar müvəffəqiyyətli olduqları sahələrdə özlərini göstərməlidir. Mütəxəssislər xanımlara bəzi hobbi və fərdi qabiliyyətlərini sərgiləyərək bu vəziyyətdən xilas olmalarını təklif edir. Sırf evlənmək üçün edilən izdivaclar, yeni məsələləri bərabərində gətirə bilər. Çünki boşanma halında mal paylaşması, uşaq, dolanışıq və şiddət adamda təmir edilməz təsirlər buraxa bilir.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 042
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri