Karyera və yüksəliş. Müsahibə zamanı nə etməlisən

Müəllif: Barbaris
Şərhlər: 1
Baxılıb: 2 212
Səs ver:
(səs: 1)
— Müsahibə götürənlərin adlarını öyrənməli və sual soruşarkən adlarını söyləməklə xitab etmək lazımdır.
— Müsahibəyə başlamazdan öncə şirkət və elan olunmuş iş haqqında məlumat verilməsini xahiş edin.
— Müsahibə əsnasında icazə alaraq, öncədən hazırladığınız işlə bağlı sualları soruşmaq müsbət fikir oyada bilər.
— Müsahibə zamanı lazım olan məlumatları qeydə almağınız proses boyunca sizə daim kömək ola bilər.
— Tələblərdə xarici dil varsa, müsahibənin bir qisminin və ya tam hissəsinin xarici dildə keçəcəyini unutmayın.
— Müsahibə zaman soyuqqanlı və rahat olmalısınız.
— Görüşdüyünüz insanlarla yaxşı əhval-ruhiyədə davranmalı və müsbət enerji verməlisiniz.
— Müsahibə zaman hər hansı bir içki götürməməyiniz məsləhətdir. Diqqətinizi görüşə cəmləyin.
— Özünüzü çox müvəffəqiyyətli bir adam olaraq görün və bu istiqamətdə motivasiya olun.
— Özünüzə güvənməyiniz bədən dilinizdən(*) müəyyən olunmalıdır.
— Güclü xüsusiyyətlərinizi, bacarıqlarınızı və maraqlarınızı ön plana çıxarın.
— Qarşı tərəf danışarkən sizə faydalı məlumatlar təqdim edəcəyi üçün müsahibinizin sözünü kəsməyin.
— Müsahibə zamanı öz haqqınızda danışdıqlarınız daha öncədən təqdim etdiyiniz CV ilə üst-üstə düşməlidir.
— Qərarlı olmalı, kariera hədəflərinizi dəqiq olaraq şərh etməlisiniz.
— Gələcəklə əlaqədar, sirr olmayan planlarınızı açıq şəkildə ortaya qoymalısınız.
— Bədən dilinizə, mimika və jestlərinizə diqqət yetirməlisiniz.
— Bu işi və şirkəti niyə seçdiyinizi izah etməlisiniz.
— Təhsil həyatınızdakı müvəffəqiyyətlərinizi və ictimai fəaliyyətinizi danışmalısınız.
— İş həyatınızda məsul olduğunuz layihələr və ya etdiyiniz fərqliliklərdən bəhs etməniz faydalı olacaqdır.
— Müsahibəni istiqamətli və konkret olaraq yürütməli, subyektiv yanaşmadan uzaq durmalısınız.
— Müsahibə zamanının məhdud, qarşı tərəfinsə razı salmanızın vacib olduğunu əsla unutmayın.
— Onlara sizi niyə seçməli olduqlarını izah etməlisiniz.
— Bu günə qədər əldə etdiyiniz mükafatlar və ya təhsil dərəcələriniz varsa, mütləq qeyd etməlisiniz.
— İlk müsahibələrdə əmək haqqı mövzusuna toxunmayın, əgər qarşı tərəf soruşarsa ortalama bir rəqəm söyləyin və bu mövzuda firmanın əmək haqqı siyasətini daha öncədən öyrənin(müraciət etməmişdən qabaq).
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 212
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri