İşləyən qadınlara praktik məsləhətlər

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 1 985
Səs ver:
(səs: 1)
Ev, ofis, ailə, sosial həyata çatmaq üçün praktiki biliklərdən istifadə etməyimiz lazımdır, əks halda vaxt çatmır.Bu yazıda işləyən qadınlar üçün praktik məlumatlar təqdim edirik.

Dayə seçərkən praktik məlumatlar
Dayə seçərkən mütləq diksiyasının düzgün olmasına diqqət edin. Xüsusilə körpələr, 7-ci Aydan etibarən ətrafında danışılan dili öyrənməyə başlayır və yaddaşlarına hər şeyi həkk edirlər. Yaxınlığında birlikdə olduqları adamın danışmasında problemlər varsa, ilk kəlmələrdən etibarən eyni səhvləri körpədə də görərsiniz.

Bir dayədə axtarmağınız lazım olan digər mühüm xüsusiyyət, uşaqlara qarşı doğrudan sevgi dolu olmasıdır. Uşağa qarşı sərt xəbərdarlıqlar, onu sevgisını yox edə bilər. Pis dayələr üzündən autizmdən sindromları inkişaf edən uşaq sayı heç də az deyil!

Bir dayə işə alarkən mütləq çox yaxşı tanıdığınız birinin rəyini alıb və ona görə qərarınızı verin.

Yeni işə başlayan dayənin lazım gəlsə icazə alaraq bir müddət birlikdə evdə olun və işləməsini müşahidə edin.

Uşaqların hisslərinə güvənin. Birlikdə olmaq istəmədiyi bir baxıcıya uşağınızı buraxmayın.

Ev üçün praktik məlumatlar
Siyirtmə içlərini boşaltmadan təmizləmək istəyirsinizsə, elektrik süpürgənin ucuna neylon corab keçirin.

Üst-üstə qoyduğunuz stəkanlar yapışıb gəlmirsə, bir ləyənin içinə qoyun. Bazadakı stəkanın içərisinə buz qoyub, ləyənin içinə yavaş-yavaş isti su tökün. Stəkanlar asanlıqla çıxacaq.

Buz qəliblərini su ilə doldurmadan əvvəl bölmələrə portağal, limon və istədiyiniz meyvə parçalarını qoysanız, dekorativ buzlar olur.

Böyük həcmdə kartofun var isə, torbanın içinə bir ədəd alma qoyun. 8 həftə ərzində cücərməsinin qarşısını alarsınız.

Səhləblər gülləri üçün praktik məlumatlar
Orxideya baxımı çətin olan bir çiçəkdir. Çiçəkləri solan incidilib atmayın çünki səhləblər yaxşı qulluq zamanı ildə 2 dəfə çiçək verirlər.

Yay aylarında birbaşa günəş işığından qoruyun amma bol işıq istədiyini unutmayın.

Həftədə bir gün sulayın. Xlorlu su hər cür bitki üçün zərərlidir. Əgər kran suyu verirsinizsə, ən azı 1 gün xlorun uçması üçün istirahət etdirməlisiniz.

Qətiyyən güllərinə su püskürtməyin. Çiçəklərə əl çəkməyin. Hava axını olan bir şəraitdə saxlamayın.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 1 985
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri