İş keyfiyyətinin və məhsuldarlığının sadə üsullarla artırılması

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 1 995
Səs ver:
(səs: 1)
İclasa 5-dən çox olmayaraq iştirakçı dəvət edin və iclasın 30 dəqiqədən çox davam etməməsinə çalışın. Beləliklə, hər kəs öz fikrini rahatlıqla deyə biləcək. Bununla belə, müddət az olduğundan heç kəsin diqqəti kənar şeylərə yayınmayacaq. İclasın sonunda gələcək tapşırıqlar və yaxud görüləcək tədbirlər mütləq olaraq düşünülməlidir. Əks təqdirdə, iclas 3-5 əməkdaşın ayaqüstü müzakirəsindən fərqlənməyəcək.

İş siyahısını düzgün təşkil edin
Hər bir bənd üçün ayrıca deadline təyin edildiyi halda görüləcək iş siyahısı çox faydalıdır. Əks təqdirdə, bu istənilən vaxt icra edilməsi mümkün olan sonsuz iş siyahısından başqa bir şey olmayacaq.

Sosial şəbəkələr üçün müəyyən zaman təyin edin
Bütün bildirişləri söndürün və sosial şəbəkələrə daxil olacağınız konkret zaman təyin edin. Bunu etmədikdə tez-tez sosial şəbəkə hesablarınızı yeniləmək ehtiyacı duyacaq və əsas işinizdən yayınacaqsınız.

Yıxılmış təməl üzərində yenisini qurmağa çalışmayın
Hər hansı bir sistem işləmədikdə səhvləri düzəltməyə çalışın və ya hər şeyi yenidən başlayın. Söhbətin nədən getdiyi – yeni tətbiqetmənin yaradılması və yaxud məşqlərə yeni yanaşma tərzi – vacib deyil.

Ən çətinindən başlayın
İşinizin ən çətin hissəsini sonraya təxirə salmayın, onu dərhal olaraq yerinə yetirin. Belə olduqda, günün yeri qalan hissəsini könül rahatlığı ilə başqa işlərə sərf etmək daha rahat xarakter alır. Bu yanaşma tərzi prokrastinasiyanın öhdəsindən gəlməyə kömək edəcək.

Zamanınızı kiçik işlərə sərf etməyin
Bəzən kiçik və az əhəmiyyətli işlərə o dərəcədə aludə oluruq ki, zamanın necə tez keçdiyinin fərqinə varmırıq. Bu vəziyyətə düşməkdən qaçmaq üçün konkret iş siyahısı tərtib edin.

Faydalı fəaliyyətləri vərdişə çevirin
Bu əhəmiyyətli dərəcədə güc və əsəblərinizə qənaət edəcək. Vərdişə yiyələnərkən əsas olan təkrar və intizamdır. Hər hansı fəaliyyəti bir neçə dəfə təkrar etdikdən sonra bunu vərdiş olaraq etməyə başlayacaqsınız.

Məsələn, aşağıdakı faydalı vərdişlərdən yararlana bilərsiniz:
Bir gündən bir 45 dəqiqə idmanla məşğul olun. Bu yalnızca bədən üçün deyil, ağıl üçün də faydalıdır.
Günün sonunda öz düşüncə və hislərinizi yazın. Bu vərdiş sayəsində gün ərzində toplanan həyəcan və stressdən azad olacaqsınız, fikirlərinizi nizaman salacaqsınız və bu zaman hər hansı yeni bir ideyanın yaranması da istisna deyil.
Hər həftə maraq dairənizi və yaxud professional sahənizi əhatə edən üç mövzu haqqında nə isə yeni bir şey oxuyun. Bununla öz bilik və nəzər-nöqtənizi mütəmadi olaraq genişləndirəcəksiniz.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 1 995
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri