İş yerindəki komandanızın motivasiyası

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 2 218
Səs ver:
(səs: 0)
Əgər komanda hər zaman motivasiyalı olsa müvəffəqiyyət qazanmaq daha asan olar. Motivasiya komanda yaratmağın və effektiv komanda işinin təməl hissəsidir. Komandanı daima motivasiyada saxlamaq istəyirsinizsə, aşağıdakı məsləhətlərdən istifadə edə bilərsiz:

1. Qarşıya aydın məqsədlər qoy

Qarşıya aydın məqsədlər qoyulması iş fəaliyyəti ilə əlaqələndirilməlidir və motivasiyanın əsas mənbəyidir – bu işə olan maraqla bağlı yaranan motivasiyadır. Aydın və xüsusi məqsədlər daha çox məhsuldar olmağa və daha yaxşı komanda işinə səbəb olur. Buna görə də istənilən anlaşılmazlıqdan boyun qaçırmaq məqsədilə işin tamamlanması üçün komandanın qarşısına son tarixlə birgə aydın məqsədlər qoy.

2. İnsanlara səlahiyyət ver

Komanda üzvlərinin inkişafı kommunikasiya, açıqlıq və qərar qəbul edilməsində komanda üzvlərinin birbaşa iştirakını tələb edir. Komandanı problemləri həll etmək üçün dəstəklə və müzakirələri yüngülləşdirməyə çalış.

3. Düzgün dəstəklə təmin et

Dəyişiklik hər zaman komandanın işin yeni yollarını anlamaq və həyata keçirmək üçün yeni bacarıqlar öyrənməsini nəzərdə tutur. Komanda lideri komandaya və fərdi olaraq hər kəsə yeni yanaşmaları inkişaf etdirmək və təcrübədən keçirmək üçün imkan yaratmalıdır. Əmin olun ki, komandanız yeni bacarıqlarını təsdiqləmək üçün müvafiq təlimə, inkişaf resurslarına və vaxta malikdir.

4. Gələcəyə dair baxış yarat

Gələcəyə baxışı müəyyən etmək, inkişaf etdirmək,aydın ifadə etmək və komandanı bundan xəbərdar etmək daha məqsədə uyğundur. Başqalarını sizi izləməyə ruhlandırmaq həqiqətən əla çağırışdır! Komandanızı ruhlandırmaq üçün siz gələcəyə dair sadə, aydın və münasib baxışa ehtiyac duyursuz. Əlavə olaraq, həmçinin insanlarda sizə qarşı inam hissini yaratmağa və iş üçün ən uyğun insan olduğunu sübut etməyə də ehtiyacınız ola bilər.

5. Minnətdar olduğunu göstər

Siz komandanızda vaxt və enerji kəşf etməlisiz. Hər kəs qiymətləndirilməyə ehtiyac duyur və sizin komandanız da fərqli deyil! Onlar sizin onlara qarşı şəxsi marağınızın və öhdəliklərinizin olduğunu bilməyə ehtiyac duyurlar.Onların dəyərini hər zaman xatırlamaq göstərir ki, onlar qiymətləndirilir və gördükləri iş sizin üçün həqiqətən vacibdir.
Üzvləri müəyyən məqsədlərə malik olan komanda öz işində daha çox həvəs və güclü dostluq münasibətlərinə sahib olur. Bundan başqa, komanda motivasiya olacaq və fəaliyyətlərinə görə məsuliyyət daşıyacaq. Komandanızı motivasiya edin və qarşılığını görün.

Könül Təhməzova
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 218
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri