Xeyirli övlad üçün ediləcək 4 dua

Müəllif: Love-Girl
Şərhlər: 5
Baxılıb: 8 095
Səs ver:
(səs: 0)
Dua, möminin ən böyük gücüdür. Allah bizim duamızı istəyir, dayanmadan ən çox istəyən olmağımızı istəyir. Peyğəmbərimiz salləllahu əleyhi və səlləm də bunun yolunu bizə göstərir.Quranı xətm edərkən oxuyub keçdiyimiz ayələrin içində elə gözəl dualar var ki, biz onların yalnız dördünü yazırıq. Düşünün hələ evli deyilsinizsə, daha dünyaya gəlməyən övladınız üçün illərcə bu duaları etmiş olursunuz. Biz iman edirik ki, Rəbbimiz Mucib – yəni duaları eşidən, qəbul edən və razılıq edəndir.Bax bu səbəblə illərlə saleh övlad və nəsillər üçün ediləcək dualar şübhəsiz ki, bir yerlərə həvalə ediləcək. Razılıq etmək şəkillərinin hamısı xeyrimizə olduğuna görə, mütləq saleh və mükəmməl uşaqlarımız olacaq deyə bilmərik, amma mütləq bu dualarımız bir xeyrə çevriləcək. Bu isə analıq, atalıq və müsəlmanlıq vəzifəsini çox yaxşı anlamış olmanın verdiyi bir göstərici ola bilər. Bu, yolun rizası üçün hazırlıq görmək deməkdir.Bu ayələri əzbərləyib namazlarınızda qiraət zamanı yəni Fatihə surəsindən sonra (ərəbcə) oxuya bilərsiniz. Namazdan sonra duanıza da (istədiyiniz dildə) əlavə edə bilərsiniz.

1 - Əli İmran surəsi 38-ci ayə

“Zəkəriyyə Rəbbinə dua etdi: “Ey Rəbbim! Mənə də Öz tərəfindən pak bir övlad ver. Şübhəsiz ki, sən, duaları eşidənsən!” dedi.”

2 - İbrahim surəsi 40-cı ayə

“Ey Rəbb`im! Məni və soyumdan gələcəkləri namazını doğru qılanlardan et! Ey Rəbb`imiz! Duamı qəbul et!”

3 - Furqan surəsi 74-cü ayə

“Və onlar ki: “Ey Rəbb`imiz! Bizə gözümüzün işığı zövcələr və övladlar ehsan et və bizi müttəqilərə imam et!” deyərlər.”

4 - Saffət surəsi 99-100-cü ayələr

“İbrahim, belə dedi: “Mən Rəbb`imə (Onun əmr etdiyi yerə) gedəcəyəm. O, mütləq mənə yol göstərəcəkdir. Ey Rəbb`im! Mənə salehlərdən olacaq bir övlad bağışla.”
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 8 095
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri