Şeytanın rekordları

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 3 929
Səs ver:
(səs: 0)

 

 


Bir çox günahları ilk dəfə yerinə yetirən şəxs şeytan olub və ondan qabaq heç kəs bu günahları törətməyib:
- Allahına etiraz edən ilk şəxs.
-İlk qiyas edən şəxs. Beləki şeytan özünü Adəmdən üstün tutaraq "Mən oddan, o isə torpaqdan yaranıb, od isə torpaqdan üstündür”, -dedi.
-İlk dəfə Allahın önündə təkəbbür edib əmrinə itaət etməyən şəxs.
-İlk dəfə yalan danışan şəxs: "Allah ona görə bu ağacdan yeməyin deyir ki, çünki bu, əbədiyyət ağacıdır. Hər kəs bu ağacın meyvəsindən yesə, əbədi olaraq sağ qalacaq və Allaha şərik olacaq”.
-İlk dəfə yalandan and içən şəxs: "Mən sizi nəsihət edirəm”.
-İlk dəfə büt düzəldən şəxs.
-İlk dəfə namaz qılan və bir rükəti 4 min il çəkən şəxs.
-Adəmə (ə) ağac qadağan edilən vaxtda ilk dəfə ğina oxuyan şəxs.
-İlk dəfə mərsiyə deyən şəxs. Ona görə ki, yerə endiriləndən sonra cənnəti xatırlayıb mərsiyə deyib ağlamağa başaldı.
-İlk livat edib Lut qövmünün içinə gələn şəxs.
-İbrahimin (ə) oda atılması üçün ilk dəfə sapand düzəltməyi öyrədən şəxs.
- İlk dəfə şüşə düzəltməyə göstəriş verən şəxs.
- İlk dəfə pzünü başqasına oxşadan və başqalarını da buna rəğbətləndirən şəxs.
-İlk dəfə cadu və sehr edən və onu camaata öyrədən şəxs.
-İlk dəfə rəssamlıq edib, portret çəkən şəxs.
-İlk dəfə həsəd aparan şəxs.
-İlk dəfə nahaqq münaqişə və mücadilə edən şəxs.
-Allahın ilk dəfə lənət etdiyi şəxs.
-Allaha ilk dəfə kafir olan şəxs.
-İlk dəfə yalandan ağlayan şəxs.
-İlk dəfə özünü öyən şəxs.

 

Redakte etdi: PRETTY GIRL

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 929
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri