Nəmmamlıq Etmək Böyük Günahdır

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 2 064
Səs ver:
(səs: 1)
Nəmmamlıq etmək insanlar arasında fitnə-fəsad törətmək məqsədi ilə birinin sözünü digərinə çatdırmağa deyilir. Nəmmamlıq etmək böyük günahdır.

Uca Allah buyurur: "İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə, dedi-qodu yayana, xeyrə mane olana, həddi aşana, günahkara". (əl-Qaləm surəsi, 10-11 ayələr).
Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Söz gəzdirən adam Cənnətə girməz!" (Səhih əl-Buxari, 6056).
Legend.az bildirir ki, nəmmamlıq edən adam insanlar arasında ən şər olanıdır. Rəvayət edilir ki, Əsma bint Yezid (Allah ondan razı olsun) demişdir: "Bir dəfə Peyğəmbər (salləllahu aleyhi və səlləm) səhabələrinə: "Sizə ən xeyirliniz barədə xəbər verimmi?" - deyə buyurdu. Səhabələr: "Bəli!" - deyə cavab verdikdə, o buyurdu: "O kəslər ki, onları görəndə Allah yada düşər! Sizə ən şər olanınız barədə xəbər verimmi?" Onlar: "Bəli!" - deyə cavab verdikdə, o buyurdu: "Söz gəzdirənlər, dostların arasını vuranlar və təmiz adamları şərə salanlardır". (əl-Buxari, "Ədəbul-Mufrad" kitabı, hədis 323).
Nəmmamlıq edən adam qəbirdə əzaba düçar olacaq. Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) Mədinə (və ya Məkkə) bostanlarından birinin yanından keçərkən qəbirlərində əzab çəkən iki adamın səsini eşitdi. Peyğəm­bər (salləllahu aleyhi və səlləm): "Bunlar əzab çəkirlər, amma böyük bir şeyə görə əzab çəkmirlər" - dedi. Sonra (bunun səbəbini bildirib) dedi: "Bəli, bunlardan biri sidikdən qorunmazdı, digəri isə söz gəzdi­rərdi". Sonra o, bir xurma budağı gətirməyi əmr etdi. Budağı iki hissəyə böldü. Hər birinin qəbrinin üstünə bir yarı­sını sancdı. Ondan: "Ya Rəsulullah! Nə üçün belə etdin?" - deyə soruşdular. Dedi: "Ola bilsin ki, bunlar quruyanadək onların əzabı yüngül­ləşsin". (əl-Buxari, 216).
Yəni, söz gəzdirən və sidikdən qorunmayan həmin iki nəfərin iddiasına görə bunlar böyük bir şey deyil. Lakin şəriətə görə bu əməllərin hər ikisi böyük günahlardan sayılır. Digər rəvayətdə Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: "Bunlar əzab çəkirlər, amma böyük bir şeyə görə əzab çəkmirlər. Əslində isə bu böyük günahdır...". (Səhih əl-Buxari, 6055).
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 064
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri