Toy etmədən, yalnız kəbin oxutdurmaq...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4 726
Səs ver:
(səs: 0)
Toy etmədən, yalnız kəbin oxutdurmaq və dövlət qeydiyyatından keçməklə evlənmək olarmı?

Müsəlman şəriətinə görə, ailə quran zaman vacib olan şərt kəbin kəsdirmək və kəbinin şərtlərinə əməl etməkdir. Toy etmək, yığıncaq hazırlamaq, adamları qonaq çağırmaq vacib deyil. Amma bunlar da müstəhəb bilinir Ümumiyyətlə, İslam dinində bir neçə halda israfsız ziyafət vermək və insanları ziyafətə çağırmaq müstəhəb sayılıb. Bu hallardan biri də izdivacdır. Əvvəla, toy yığıncağında qohumlar bir araya gəlirlər, uzun müddət bir-biri ilə görüşməyən şəxslər canlı ünsiyyətdə olurlar, bununla da İslamın əsas göstərişlərindən olan “sileyi-rəhim” isra edilir. İkinci müsbət cəhət budur ki, toy vasitəsilə izdivac elan edilmiş olur. Bununla da iki nəfərin məhrəm münasibətinə kənardan xəbərsiz adamların pis baxmaq ehtimalları yox olur, gələcək övladın məhz qanuni yolla doğulduğu yaddaşlarda qalır. Bununla belə, maddi imkanı olmayan, yaxud hər hansı başqa səbəb üzündən toy etmək istəməyən şəxslərin yalnız kəbin və dövlət qeydiyyatı ilə kifayətlənmələri icazəlidir və bu cür izdivac tam qanuni sayılır.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 726
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri