Peyğəmbərimizin bəzi xüsusiyyətləri

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 557
Paylaş:
Səs ver:
(səs: 0)
Peyğəmbərimizin gözəl adətlərindən bəziləri.Mütləq oxuyun

İmam Əlinin bəyanı əsasında

1– Heç vaxt görülməmişdir ki, Allah Rəsulu kiminləsə görüşüb, əl sıxışsın və tərəf müqabilindən daha tez əlini çəksin.

2 – Heç vaxt görülməmişdir ki, kiminsə qarşısında əyləşib, ayaqlarını uzatsın.

3 – İki iş arasında seçim etmək durumunda qaldıqda, yalnız ən çətin işi seçərdi.

4 – Heç vaxt ona qarşı edilən zülmə görə intiqam almağa çalışmamışdır. Ancaq Allahın haram etdiyi şeylər pozulduqda (yaxud Allahın ehtiram saxlanılmasını əmr etdiyi şeylərin hörməti aradan getdikdə) qəzəblənərdi. Onun qəzəbi də Allaha xatir idi.

5 – Ölənə qədər heç vaxt söykənən halda yemək yemədi. Ondan bir şey istənildikdə heç zaman cavabında “xeyr” demədi. Heç bir ehtiyaclının istəyini geri çevirmədi. Əksinə, dildə deyil, əməli surətdə ona müyəssər olan həddə onu reallaşdırmağa çalışdır.

6 – Namazı tamamlıq baxımından bütün namazlardan daha yüngül, xütbəsi bütün xütbələrdən daha qısa idi.

7 – Camaat o həzrəti – ondan gələn xoş ətirin sayəsində tanıyardılar.

8 – Dəfələrlə “Sizin ən üstününüz daha çox xoşəxlaqlı olanınızdır”, – deyə buyurmuşdur.

9 – Hər dəfə söz danışarkən təbəssüm etmək, həmişə camaatla zarafatlaşmaq və bununla da onları sevincli etmək, ancaq zarafatında həqiqətdən başqa bir şey danışmamaq o həzrətin adətlərindən idi.

10 – Allah Rəsulu çox vaxt üzü qibləyə tərəf oturardı.

11 – Əgər minik üzərində olsaydı, yanında gedən piyadanı keçməzdi. Ya da onu öz yanında süvar edərdi, ya da deyərdi ki, sən daha irəlidə get və hər harada deyirsən, məni gözə ki, gəlim.

12 – Allah Rəsulu özünə görə kimsədən intiqam almadı. Əksinə, kim onu incitsəydi həmin şəxsi əfv edərdi.

13 – Əgər müsəlmanlardan kimisə üç gün görməsəydi, onu axtarardı. Əgər “Səfərə çıxmışdır”, – desəydilər, həzrət onun üçün xeyir-dua verərdi. Əgər “Evdədir”, – desəydilər, ziyarətinə gedərdi, əgər “Xəstədir”, – desəydilər, ona baş çəkməyə gedərdi.

14 – Ənəs nəql edir ki, mən doqquz il Allah Rəsulunun xidmətində durdum. Heç vaxt yadıma gəlmir ki, bu müddət ərzində mənə “Nə üçün filan işi görmədin” desin. Habelə xatırlamıram ki, işlərimdən birində xırdaçılıq etmiş olsun.

Farid Abdullah

loading...
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 557
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
coox gozel paylasimdir biz bu bared bilmeliyik en azindan nese ozumuze goturmeliyik

coox gozel paylasimdir biz bu bared bilmeliyik en azindan nese ozumuze goturmeliyik
16 may 2018 18:42
4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Cema_Axodova
Tewekkurler canim menim hevesle oxudum
16 may 2018 15:09
3
Offline
sona
Necede gozel xeberdi. Oxuduqca kovreldim esil insani keyfiyyetler bu olsa gerek. Indi insanlarda bele keyfiyyetlerin yuzde biri nadir hallarda tapilir.
Cox sagol Arzuwkam
15 may 2018 23:06
2
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
Offline
Asiman
Elhəmdürillah
Çox sağ ol ürəyim Allah köməyin olsun
15 may 2018 22:42
1


Deyim anam halımı
Fələk qarışdırıb gecəmi gündüzümü
Olub ömrüm kədər qəm qüssə
Soruşma anam halımı

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri