ALLAH ŞÜKR EDƏNLƏRİ SEVƏR

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 499
Səs ver:
(səs: 0)

Allahın (c.c) lutüf və lütfkarlıqlarını saymaqla bitirə bilmərik.
Yalnız bədənimizi düşünək: Danışan dil, görən göz, eşidən qulaq, gedən ayaqlar, işləyən beyin, baş verib, bütün orqanlarımız ayrı-ayrı bizlər üçün bir nemət deyilmi?
Həyatımız boyu gecə və gündüz şükr etsək, bir dənəsinin belə şükrünü ödəyə bilmərik. Bədənimizdəki orqanlarımızdan birini itirsək o, zaman anlarıq onun dəyərini.
Həm də bunu düşünək. Bu kainat içində, yerdə, göydə, dənizdə yaratdıqlarının hamısına insan gücünü hakim edib, əmrimizə və xidmətimizə verib, bu bizim üçün nə böyük nemətdir, nə böyük xoşbəxtlikdir.
Yaxşı biz bütün bu gözəlliklərə lazım olduğu kimi təşəkkür edə bilirikmi, şükr edə bilirikmi? Özümüzdən bir soruşaq? Allah (c. c) əzabı, cəzanı, Cənnəti, Cəhənnəmi, cemalullahı bildirməyib, ibadətləri qullarına fərz etməyərək, bizlərin istəyimizə buraxsaydı, şükr vəzifələrimizi yerinə yetirməyəcəkdikmi?
Əks halda vaxtı gələndə bu fani dünyadan əbədi aləmə, Rəbbimizə döndüyümüz vaxt, O, qüdrəti böyük Allahın (c.c) hüzuruna hansı üzlə çıxardıq?
Necə ki, bir qüdsi hədisdə belə buyurulur.
"Ey insanlar: Sizi kor yaratsaydım, görə bilməzdiniz, əgər sizi dilsiz yaratsaydım, danışa bilməzdiniz, kar yaratsaydım eşidə bilməzdiniz. Bu halda sizin üzərinizdə olan nemətlərimin dəyərini bilib mənə şükr et və məni inkar etmə. Çünki qayıdış mənədir." Həcc Surəsi 66. ayəsində belə buyurulur:
"Sizi əvvəl dirildən, sonra da öldürəcək, sonra da dirildəcək yenə Odur. Doğrusu insanoğlu Allahın (c.c) saysız nemətlərinə qarşı çox nankordur." Nəhl Surəsi 8, 10, 13, 14, 15, 16, 17. Ayələrində baxaq nələr buyurulur:
"Həm özlərinə minəsiniz, həm də bəzək olsun deyərək atları, eşşəkləri, qatırları yaratdı və də indi bilməyəcəyiniz daha nələr yaradacaq. Məsələn: Təyyarə, avtomobil, mərmilər kimi."

 

Redakte etdi: PRETTY GİRL



(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 499
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri