Qizlar Islamda renglerin hokumunu bilirdinizmi?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 7 291
Səs ver:
(səs: 2)

 



Hər rəngin özünə görə bir gözəlliyi vardır
Məsələn Peyğəmbərimizin ağ, qara, yaşıl və qırmızı rənglərdən edilmiş paltarları müxtəlif zamanlarda geydiyi bilinməkdədir .Ancaq çox vaxt ağ rəngi seçdikləri kimi, səhabələrinə də tövsiyə etmişlər. Qırmızı rəng cübbə, jilet və sarıq geydiklərinə dair rəvayətlər var(İbnı Said, Tabakat I 451; Buxari, əl-Əbəd 127 nömrə: 348)

Qırmızı geyinmək haram deyə bir qeyd yoxdur. Paltarın rəngi əhəmiyyətli deyil, təmizliyi əhəmiyyətlidir Tək Ərəbistan kimi çox isti ölkələrdə tünd rəng, günəş işığını xaricə əks etdirmədiyi üçün insanı böhrana salar. Bu baxımdan isti ölkələrdə açıq rəng paltar geymək, rahatlıq baxımından daha uyğundur

Dində rənglərin hökmü

Rəngləri istifadə etməsi baxımından araşdıraq:


İbnu Abbas radıyu ənhumə izah edir: Resulullah əleyhissalatu vəssalam buyurdular ki:

Geyimlərdən ağ olanları geyin Çünki onlar ən xeyirli geyəcəklərinizdir Ölülərinizi də ağla kəfənləyin.
Qırmızı
Aypara İbnu Əmir :Resulullah əleyhissalatu vesselamı xalqa xitab edərkən gördüm Kürəyində qırmızı bir bürde vardı və qatırının üzərində idi Hz Əli radıyu ənh də önünə dayanmış, Əleyhissalatu vesselamın söylədiklərini təkrarlayırdı

Hz Bera radıyu ənh izah edir: Resulullah əleyhissalatu vəssalam orta boylu idi. Mən onu qırmızı bir hulle içərisində gördüm Mən Əleyhissalatu vesselamdan daha gözəl bir şeyi heç görmədim


İbnu Əmr İbnil-As radıyu ənhim izah edir: Üzerinde qırmızı rəngli iki geyim olan bir adam gəldi və Resülullah əleyhissalatu vesselama salam verdi Amma Əleyhissalatu vəssalam adamın salamını almadı..

Mani Esedden bir qadın izah edir: Bir gün, Resülullah aleyhissalatu vesselamın arvadlarından Zeynəbin yanında idim və qırmızı torpaqla onun paltarlarını rəngləyirdik.Biz bu işlə məşğulkən Resülullah əleyhissalatu vəssalam çıxıb gəldi Ancaq qırmızı torpağı görüncə geri döndü .Zeynəb bu halı görüncə, Əleyhissalatu vesselamın bunu məkruh hesab etdiyini anladı və dərhal paltarlarını yudu və bütün qırmızılığı örtdü Əleyhissalatu vəssalam geri döndü və birdən gəldi .Qırmızıda heç bir şey görməyincə içəri girdi

Dində rənglərin hökmü

Sarı

İbnu Əmr İbnil-As radıyu ənhumə izah edir: Rəsulullah əleyhissalatu vəssalam üzərimdə sarıya boyanmış iki geyim görmüşdü Dərhal: Bunu geyməyini ananmı sənə əmr etdi? deyə soruşdu Mən: Bunları yuyummu, ey Allahın Elçisi dedim

Hətta yandır onları! buyurdular

Bir rəvayətdə: Bu, kafirlərin paltarıdır, əsla bunları geyinmə! buyurmuşdular

Dində rənglərin hökmü

Yaşıl

Əbu Remse radıyu ənh izah edir: Resülullah əleyhissalatu vesselamin üzərində iki yaşıl geyim gördüm

Dində rənglərin hökmü


Qara

Ümmü Xalid Mindi Xalid İbni Səid İbniI-As radıyu ənhumə izah edir: Rəsulullah əleyhissalatu vesselama xallı qara bir geyim gətirilmişdi

Bunu kimə geydirməmi uyğun taparsınız? buyurdular Hər kəs susmuşdu

Mənə Ümmü Xalidi gətirin! əmr etdilər Məni yanına apardılar. Geyimi əlləriylə mənə geydirdi və sonra da:

Üstündə köhnəlt, üstündə köhnəlt! deyə iki səfər təkrarladılar Qara parçanın xalına baxır, əliylə də mənə işarə edir və:

Ey Ümmü Xalid! Bu senna ey Ümmü Xalid bu senna! deyirdi Senna, (Habeşistan dilində gözəl deməkdir )

Qırmızı və bəzilərinə görə sarı rəngdə paltarlar geymək məkruhdur Dürrü'l-Münteka'da sünnənin əleyhinə geyilən hər cür paltarın məkruh olduğu da əlavə edilmişdir,

 

(səs: 2)
Şərhlər: 3
Baxılıb: 7 291
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri