İftar və imsakda nə yeyilməlidir?

Müəllif: Meleknur
Şərhlər: 6
Baxılıb: 3 362
Səs ver:
(səs: 1)
İslamda ilin ayları arasında ən şəfaqətlisi və müqəddəs ay hesab edilən Ramazan ayı davam edir. Ramazan ayının bu il də yay aylarına təsadüf etdiyini nəzərə alsaq onda oruc müddətinin uzunluğunu aydın görmək mümkündür.

Bu uzun saatları sağlam şəkildə keçirmək üçün nə etmək olar?

Qadınla.com on bir ayın sultanını sağlam başa vurmaq üçün bir neçə məsləhəti təqdim edir.

İftar və imsaqda nə yemək olar?
Qan şəkərini tənzimləmək üçün iftara xurma və ya su ilə başlayın. Çünki uzun müddət davam edən aclıq bir anda yemək qəbulu ilə sizə ciddi problemlər yarada bilər.

İlk yemək kimi şorbanı seçin. Yeməyi yavaş-yavaş qəbul etməyə çalışın. Şorbadan sonra 20 dəqiqə fasilə verin və əsas yeməyə başlayın. Çalışın yeməkdə mütləq şəkildə salat, süd məhsulları olsun. Çörək kimi isə qaraya üstünlük verin.

İftar menyusu
1 kasa şorba
20 dəqiqə fasilə
Ətli əsas yemək
Ayran, qatıq
Salat
2-3 dilim qara çörək
Yeməkləri çox çeynəyib, asta-asta qəbul edin.

Suya limon qatın
Şirniyyatı dərhal yeməkdən sonra yox, bir-iki saat sonra qəbul edin. İftar və imsaq arasında 2,5-3 litr su içməyə çalışın. Susuzluğun qarşısını uzun müddət almaq üçün suya limon sıxın. Bu həm gün ərzində itirilən bədənin maye ehtiyatını təmin etməyə, həm də uzun müddət tox qalmağınıza kömək edəcək.

İsti yay günlərində susuzluq, mədə problemləri ilə qarşılaşmamaq üçün yaxşı olar ki, duzlu, yağlı yeməklərdən, işlənmiş ətdən uzaq durasınız.

İftarda qarpız və yemiş yeyə bilərsiniz. Tərkibi su ilə bol olan bu bostan məhsuları gündəlik su ehtiyatını təmin edə bilir.

İmsaq uzun müddətli aclığa hazırlıqdır. Səhərlər enerji dəyəri yüksək, proteinlə bol qidalar seçin. Pendir növləri, bir iki dilim tam taxıllı çöörək, 1 ovuç badam, qoz və ya fındıq, bir neçə meyvəni rasiona daxil edə bilərsiniz.
Un məmulatları, ağır şirniyyatlardan uzaq durun.

Gecə yatmamışdan öncə yemək yemək, imsaqsız oruc tutmaq, sadəcə su ilə oruca başlamaq sağlamlıq üçün son dərəcə ziyandır. Bunları etsəniz qan şəkəriniz düşə, gün boyunca halsız, diqqəti dağınıq, yuxulu, əsəbii ola bilərsiniz.

İftardan bir neçə saat sonra mütləq meyvə yeyin. Bu həm ara yemək funksiyasını daşıyacaq, həm də vitamin balansını qorumağa kömək edəcək.

Oruc tutaraq arıqlamağı unudun. Çünki nə qədər az qida qəbul etsəniz də, gün boyu ac qalmaq metabolizmanı yavaşladır. Oruclu formada çox ərəkət etmək imkanı da olmadığı üçün enerji itirilməsi olmur.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 362
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri