Oruc tutmağın heyrətamiz faydaları: Tibbi sübutlar

Müəllif: Sweet Candy
Şərhlər: 5
Baxılıb: 2 668
Səs ver:
(səs: 0)
Milyonlarla müsəlmanın aclıq və nəfslə imtahan olunduğu müqəddəs Ramazan ayı başladı.

Bəs bu ayın fəziləti və orucu tutmağın insan üçün faydaları nələrdir?
“NTV Türkiyə”yə istinadən xəbər verir ki, insan bədəni oruc tutulduğunu son yeməkdən 8 saat sonra “anlayır”.
Bağırsaqlar mədədəki bütün qidaları həzm etdikdən sonra, enerji ehtiyacını qarşılamaq üçün qaraciyər və əzələlərdəki qlükoza, onun ardınca isə yağlara yönəlir. Yağların əriməsi də xolesterin səviyyəsinin normallaşmasına, artıq çəkinin və şəkərli diabet riskinin azalmasına səbəb olur.
Qeyd etmək lazımdır ki, imsak və iftar vaxtları arasında maye qəbulu da olmadığı üçün bədəndə tərləmə artır, maye itkisi çoxalır. Buna görə də, ilk 1 həftədə iftardan sonra və imsak vaxtı karbonhidratların və bəzi yağların lazımi miqdarda qəbulu vacibdir. Protein, duz və su kimi vacib qidalar da mütləq qəbul edilməlidir.
Növbəti 1 həftədə bədən, artıq oruc tutmağa tam uyğunlaşır. 16-30-cu günlər aralığında isə yoğun bağırsaq, böyrək və dəri zəhərli toksinlərdən xilas olur. Bu aralıqda orqanlar maksimum fəaliyyətini bərpa edir. Yaddaş və konsetrasiya güclənir, enerji artır.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 668
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri