Cahiliyyət dövründə yaşayan kəslər bir-birinə rast gəldikləri zaman

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 1 474
Səs ver:
(səs: 0)
Cahiliyyətin inanc, ibadət və hüquq sahəsinə dəyişiklik gətirən İslam dini ictimai sahədə də dəyişikliklər gətirdi. Və bir-birinə rast gələnlərə, kompliment demək üçün istifadə etdikləri söz və cümlələri qadağan edərək "əssələmi 'əleykum" deməyi əmr etdi.

Peyğəmbər (Sallallahu aleyhi ve sellem) buyurur: "İman etmədikcə Cənnətə girə bilməzsiniz, bir-birinizi sevmədikcə də iman etmiş sayılmazsınız. Sizə bir şey dəlalət edimmi ki, onu etdiyiniz təqdirdə bir-birinizi sevmiş olacaqsınız. Salamı aranızda yayın" (Müslim).
İmran bin Hüseyn deyir ki: "Biz cahiliyyətdə "Allah sənin gözünü sevindirsin" və ya "Səhər sənin yaşamağın yaxşı olsun" deyərdik. İslam dini gəlincə bundan nəhy edildik." Peyğəmbər (Sallallahu aleyhi ve sellem) də belə buyurur: "Bizdən başqasına özünü bənzədən kimsə bizdən deyil. Yəhudi və xristianlara özünüzü bənzətməyin. Yəhudilərin salamı barmaqlarla işarə etmək, Xristianların salamı da əl ilə işarə etməkdir"(Tirmizi)
Yuxarıda zikr edilən hədislərdən aydın olduğu kimi müsəlmanlar bir-birinə rast gəldiklərində (əssələmi 'əleykum) sözünü söyləməklə sözə başlayacaqlar.
Bəzən salam yerinə çöldən gələn kimsəyə qarşı "xoş gəldin" mənasında bu ifadənin də istifadə edildiyi nəql edilmişdir.

(bk. Buxari, İman, 40, Elm, 25, Salat, 4; Müslim, İman, 24, Qonağın, 82; İbn Macə, Müqəddimə, 22; Əbu Davud, Zəkat, 6)

İndiki vaxtda istifadə edilən "sabahın xeyir", "axşamln xeyir", "abadın xeyir" və ya "gecəniz xeyirə qalsın" kimi deyimlər, salam verilənlər üzərində dinclik, güvən və sağlamlıq meydana gətirə bilsə də "İslama aid salam"ın yerini tutmadığında açıqlıq vardır. Bəlkə bu deyimlər əsl salamlaşmadan sonra dua və xahiş xüsusiyyətində deyilə bilər.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 474
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri