Oruclu halda diş həkiminə getmək olarmı?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 5 165
Səs ver:
(səs: 0)
1 – Oruclu halda diş həkiminə müraciət etmək, keyidici iynənin vurulması, yaxud tibbi predmetin ağıza daxil edilməsi orucun pozulmasına səbəb olmaz. Bir halda ki, bu vasitələr ağız suyu ilə qarışsın, sonra çıxarılsın və ikinci dəfə ağıza salınsın, beləcə həmin alətlərin rütubəti, yaxud yeyinti olmayan sair maddələr udulsun.

2 – Belə ki, diş ağrısı dözüləcək tərzdə olsa və oruc halında həkimə müraciət etmək elə də zərurət daşımasa, habelə bilsə ki, bu müraciətlə su, yaxud sair maddələr boğaza çatacaqdır – bu halda həkimə getmək caiz deyildir. Belə ki, həkimə müraciət etsə və bir şey onun boğazına yetişsə, qəzadan əlavə ona kəffarə də vacib olacaqdır.

Amma ağrı dözülməyəcək qədər olsa, həmçinin suyu və sair maddələri udmayacağına riayət etməsilə bağlı ehtimal versə, boğazına bir şey getsə belə, yalnız həmin günü qəza etmək ona kifayət edər və öhdəsinə kəffarə düşməz.

Bu sualın cavabında təqlid mərcələri belə buyurmuşlar:

Seyid Xamenei: Əgər boğaza bir şey yetişməsə, maneəsi yoxdur. Ancaq boğazına bir şey çatacağını bilsə, gün əsnasında diş həkiminə müraciət etməsi caiz deyil. Ancaq zərurət və məşəqqət yarandıqda, bu halda boğazına bir şey çatsa, onun qəzasını etmək kifayət edir və öhdəsində kəffarə olmur.

Şeyx Məkarim Şirazi: Riayət etsə, ancaq ixtiyarsız olaraq udsa, orucunun işkalı yoxdur.

Seyid Sistani: Əgər diqqətsizlikdən və niyyəti olmadan (boğazına bir şey) ensə, orucu səhihdir.

Şeyx Safi Gülpayqani: Belə ki, dişin ağrısına dözmək olsa, su və ya sair maddələrin boğaza çatmasını bilən halda diş həkiminə getmək caiz deyil. Əgər boğaza bir şey getsə, qəzadan əlavə kəffarə də vacib olar.

Şeyx Nuri Həmədani: Əgər su və maddələr qəsdən boğaza getməsə, orucu səhihdir. Ancaq oruc tutan kəs bir şey boğazına daxil olacağını bildiyi yerə getməməlidir.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 5 165
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri