İslamın başlanğıcında orucluq necə olmuşdur və hansı tarixdən vacib edilmişdir?

Müəllif: Son Bahar
Şərhlər: 4
Baxılıb: 2 951
Səs ver:
(səs: 0)
İslam mənbələrində daha çox görülən budur ki, orucun vacib olması hicrətin ikinci ili “Bəqərə” surəsinin 183-cü ayəsinin nazil olması ilə müsəlmanlara çatdırılmışdır.

Bəziləri orucun vacib olmasının hicrətin birinci ilində olduğunu qeyd etmişlər.

Bir dəstə isə orucun vacib olmasına işarə etmədən, “Bəqərə” surəsinin 183-cü ayəsinin nazil olması ilə orucun müsəlmanlara vacib olduğunu qeyd etmişlər.

Görünən budur ki, hicrətin birinci, yaxud ikinci ili olmasındakı fikir ayrılığı hicri ilinin başlanğıcının məbnəsinə görədir.

Vaqidi Ramazan ayının orucluğunun, fitrə zəkatının, iki bayram namazının vacib və qurban kəsməyin müstəhəb olması tarixi barədə deyir:

“Hicrətin on səkkizinci ayı olan (hicri ikinci il) Şaban ayında qiblənin dəyişdirilməsindən sonrakı ay Ramazan ayının orucunun vacib olması nazil oldu. Həmin il Peyğəmbər göstəriş verdi ki, fitrə zəkatı ödənilsin və bu, malın zəkatının vacib olmasından öncə idi. Allah Rəsulu tapşırıq verdi ki, imkanlı kəslər fitrə zəkatını özləri tərəfindən və ailərindən olan kiçik, böyük, azad, qul, qadın və kişi üçün ödəsinlər. Onun miqdarını bir sa xurma, yaxud bir sa kişmiş, yaxud arpa, yaxud iki müdd buğda təyin etdi... Peyğəmbər Fitr günü müsəllada xütbə söyləməzdən öncə namaz qılardı. Həmçinin, Qurban bayramı günü bayram namazı qılırdı. O göstəriş verdi ki, kimin imkanı çatırsa, qurbanlıq etsin. Peyğəmbər Mədinədə qaldığı on il müddət ərzində Qurban bayramı günü qurbanlıq kəsərdi”.

Farid Abdullah
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 951
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri