İnsanın bitki kimi bitməsi necə ola bilər?

Müəllif: Barbaris
Şərhlər: 2
Baxılıb: 1 513
Səs ver:
(səs: 0)
Qurani-Kərimdə belə bir ayə var: "Və Allah sizi yerdən xas bir şəkildə (bitki kimi) bitirdi (torpaq maddəsindən kamil bir insan olanadək, cövhəri-hərəkət tərzi ilə bitirdi)". ("Nuh" 17).

Bəzən Quranda elə ayələrə rast gəlirik ki, mənasını dərk etmək bizə çətin olur. O, ayələrdən biri də "Nuh" surəsində olan bu ayədir. Bəs bu ayə bizə nə demək istəmişdir?

Bu surə Həzrət Nuhun (ə) düşmənləri ilə mübarizəsindən bəhs edir.

Bəyan edir ki, Həzrət Nuh (ə) onları hər nə qədər tək olan Allaha tərəf dəvət etsə də, qəbul etmirdilər. Həzrət Nuh (ə) onlara İlahi nemətləri sayır ki, bəlkə bundan sonra nemətlərə şakir olar, şükür edər və iman gətirərlər.

Tövhidi isbat etmək üçün onlara başa düşəcəkləri dildə dəlillər gətirir, deyir ki, göyə baxın və bu yeddi səmanı Allah xəlq etmişdir.

Ayı bu səmanı işıqlandırmaq üçün yaratmışdır. Gündüzlər isə günəşi nur vasitəsi olaraq sizin üçün xəlq etmişdir.

Sonra insanın yaradılışına işarə edərək, deyir ki, Allah sizi bitki kimi torpaqdan cücərtmişdir.

Həzrət Nuh (ə) bu sözləri ona görə deyir ki, insan torpaqdan xəlq edilmişdir.

İnsanın yediyi bütün qidaların çoxu torpaqdandır.

İkincisi isə insanla bitki arasında çoxlu bənzərliklər mövcuddur. Bitkilərin qidalanıb inkişaf etmək mərhələsi insanların inkişaf mərhələsinə çox bənzəyir.

Bu yolla Həzrət Nuh (ə) başa salmaq istəyir ki, Allah təkcə xaliq deyildir, həm də gözəl bağçalar yarada bilən bir bağbandır. İstədiyi torpaqda istədiyi toxumu əkər və onun istedadlarını üzə çıxardar.

Necə ki, başqa bir ayədə də Allah Təala yaxşı və pis insanı bitkiyə bənzədərək, buyurur: "Pak torpağın bitkisi öz Rəbbinin (əzəli)izni ilə (firavan və bol) çıxır. Pis olan (torpağın bitkisi isə) yalnız az və xeyirsiz çıxar (pak insanın təbiətindən gözəl əqidələr, adətlər və işlər, pis təbiətdən isə pis əqidə, sifət və əməllər baş qaldırır). Biz (Öz tovhid) ayələrimizi şükür edən bir dəstə üçün beləcə müxtəlif (şəkillərdə) gətiririk". (Əraf" 58).
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 513
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri