Nə üçün orucu qəsdən pozan kəffarə ödəməlidir?

Müəllif: Son Bahar
Şərhlər: 1
Baxılıb: 1 701
Səs ver:
(səs: 0)
Bəzən belə sual edirlər ki, orucu qəsdən pozan kəsin cərimə olaraq 60 gün kəffarə + 1 gün qəza oruc tutmasının nə fəlsəfəsi ola bilər?

Bu mübarək ayda orucu qəsdən, üzrsüz səbəbdən pozmaq, həqiqətən də böyük və qəbahətli bir işdir.

Belə ki, İmam Sadiq buyurmuşdur ki, kim Ramazan ayından bir günü qəsdən iftar etsə (pozsa), iman ruhu ondan xaric olar". (Əl-Fəqih, c.2, s.118)

Allah Ramazan ayında orucunu pozan kəsi məzəmmət etmək üçün belə bir qayda qoymuşdur ki, ya bir qulu azad etməli, ya 60 miskinə yemək verməli, ya da 60 gün oruc tutmalıdır.

İmam Sadiq üzrsüz səbəbdən orucunu qəsdən pozan bir kəs barədə buyurdu ki, ya bir qul azad etməli, ya iki ay ardıcıl olaraq oruc tutmalı, ya da 60 miskinə yemək verməlidir. (Əl-Kafi, c.4, s.101)

Bu hökmün fəlsəfəsi açıq-aydındır.

- Orucunu pozan bu mübarək ayda pozan kəsi tənbeh və cəzalandırmaq;

- Ramazan ayının əhəmiyyətinə diqqəti çəkmək;

- Mübarək ayda oruc tutmağın alçaldılması və kiçik sayılmasının qarşısını almaq.

Farid Abdullah
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 701
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri