Qəlb nədir?

Müəllif: Onun_Mələyi
Şərhlər: 2
Baxılıb: 118
Paylaş:
Səs ver:
(səs: 0)
Qəlb sözü qəlib deməkdir. Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir:
"Yer əhlindən Uca Allaha məxsus olan qablar vardır. Rəbbinizin qabları Onun əməlisaleh qullarının qəlbləridir. Onlardan Allaha ənsevimli olanı isə ən yumşaq və zərif olanıdır".

Sağlam və xəstə qəlblər

Qadınla.Com bildirir ki, qəlblər sağlam və xəstə olmaqla iki qisməbölünür. Sağlam qəlb Allahın təkliyini qəbul edən, Ona iman gətirən, Onun itaətinə can atan və günahlardan təmizlənən qəlbdir. Məhz bu qəlbin sahibiQiyamət günü nicat tapacaqdır.
Uca Allah buyurur:
"O gün ki, nə var-dövlət, nə də oğul-uşaq bir fayda verməyəcək. Ancaq sağlam bir qəlblə Allahın hüzurunagələnlərdən başqa!" (əş-Şüəra, 88-89).Xəstə qəlb isə sağlam qəlbin tam əksinə olan qəlbdir. Həmçinin, bu, daxilində şəkk-şübhə və haramlara düşkün olan qəlbdir.Qəlb sağlamlığına qəlbi təmizləməklə nailolmaq olar. Qəlbi təmizləmək isə Allahın buyurduqlarını yerinə yetirmək və qadağalarından çəkinməklə mümkündür.
Peyğəmbər demişdir:
"Həqiqətən, hər bir şeyin təmizləyicisi vardır. Qəlblərin təmiz­ləyicisi isə Uca Allahı zikr etməkdir. Allahı zikr etməkdən də Allahın əzabından daha çox xilas edən başqa bir şey yoxdur". Dedilər:
"Allah yolunda cihad etməkdən də?" O buyurdu:
"Cihad etməkdən də, yalnız öldürülənə qədər qılıncı ilə döyüşən istisnadır".

Məxmum qəlb nədir?
Abdullah ibn Amr rəvayət edir ki, Allah Elçisindən soruşdular:
"Hansı insan ən fəzilətlidir?
" O buyurdu: "Məxmum qəlbli və düz danışan mömin".
Dedilər:
"Düz danışanı bilirik, bəs "məxmum qəlbli" nədir?" Allah Elçisi - sallallahu aleyhi və səlləm
- buyurdu:
"Allah­dan qorxan, tərtəmiz, içində nə günah, nə zülm, nə də həsəd olma­yan qəlbdir". (İbn Məcə, 4216).

Qəlb sərtliyi və onun əlacı

Qəlblər, həmçinin, sərt və yumşaq olur. Rəvayət edilir ki, bir kişi qəlbinin sərtliyindən Allah Elçisinə şikayət etdi. Allah Elçisi ona buyurdu:
"Qəlbinin yumşalmasını istəyirsənsə, yoxsullara ye­mək ver və yetimin başına sığal çək!

"Cənnət əhlinin qəlbi necə olacaq?
Uca Allah buyurur:
"Sözsüz ki, müttəqilər Cənnət bağlarında və çeşmələr başında olacaqlar. Onlara deyiləcək:
"Oraya sağ-salamat və xatircəmliklə daxil olun!
" Biz onların köksündəki kin-küdurəti çıxarıb kənar etdik. Onlar taxtlar üzərində qarşı-qarşıya əyləşən qardaşlar olacaqlar. Onlara orada heç bir yorğunluq toxunmayacaq və onlar oradan çıxarılmayacaqlar" (əl-Hicr, 45-48).Həmçinin, Allah Elçisi de­miş­dir:"...
Cənnət əhlinin arasında nə bir ix­ti­laf,nə də kin-küdurət olacaq. Özləri də canbir qəlb olacaqlar.
Onlar səhər-ax­şam Allahın şəninə təriflər deyəcəklər". (əl-Buxari, 3245).

loading...
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 118
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Online
_Mrs_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
10 avqust 2018 14:44
2
Seni cooxx sevirem heartEsgerimheart
Online
vipbetul
maraqli yazi oldu
10 avqust 2018 10:57
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri