Zöhr namazını qılan adam çaşıb məğrib namazının niyyətini edərsə...

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2 182
Səs ver:
(səs: 1)
Zöhr namazını qılan adam niyyətdə çaşıb "məğrib namazını qılıram" desə, amma zöhr namazının qaydası ilə namaz qılsa, düzgündürmü?

İbadətlərdə əsas məsələ niyyəti düzgün müəyyən etməkdir, onu dil ilə söyləmək vacib deyil. Əgər insan namaza başlamazdan əvvəl və həmçinin, bütün namaz boyunca hansı namazı qıldığını ürəyində düzgün və dəqiq müəyyən etmişsə, bu müddət ərzində niyyətindən dönməmişsə və niyyətini unutmamışsa, namazı düzgündür.

Niyyəti çaşaraq səhv söyləmək namazı batil etməz. Məsələn, insan zöhr namazı qılmağa niyyət etsə, amma dil ilə namazın adını səhv söyləsə, bununla belə asta səslə (ixfa ilə) dörd rükətlik namaz qılsa, namazı düzgündür və zöhr namazını qılmış sayılır.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 182
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri