Dua və Zikr

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 10 227
Səs ver:
(səs: 1)

Dua və Zikr

"Dua" lüğətdə "çağırmaq" mənasındadır. Məsələn, Allahı (yaxud kimisə) çağırdım, səslədim. Dini terminologiyada isə "dua" rütbə baxımından aşağı səviyyədə olanın ondan yuksəkdə olandan yalvarış və xahiş olunacaq tərzdə nəsə diləməsi anlamındadır. Başqa sözlə desək, hər şeyə gücü çatan və zənginliyi sonsuz olan birinə yalvarmaq mənasındadır. "Zikr" kəlməsi isə, lüğətdə bir şeyi əzbərləmək və həmin şeyin dil və səslə ifadə olunmasıdır. Bundan belə anlaşılır ki, "zikr " əzbərləmək, xatırlamaq və yada salmaq mənasındadır. "Zikr" İslamda Allaha itaəti ifadə edən hər bir əmələ deyilir. Şəriətdə isə, "zikr" dilin Allahı tərif, təqdis etməsi və ondan bağışlanma diləməsidir. Zikrin üç növü vardır: 1. Aşkar deyilən zikr ("Sübhanəllah" kəlməsini dildə demək kimi) 2. Gizli zikr (yəni qəlbdə edilən zikr) 3. Həqiqi zikr (Allahın bəndəsini xatırlamasıdır, necə ki, Allah " Qurani-Kərim"də buyurur: "Məni xatırlayın ki, Mən də sizi yada salım". ("Bəqərə" surəsi-152) Ayədən məlum olur ki, Allah-taala Onu yada salanları, zikr edənləri yada salar. Peyğəmbəri-Əkrəm (s) Əbuzərə tövsiyəsində məhz bu məqamı bəyan edərək, buyurmuşdur: "Quranı oxu və Allahı zikr et, çünki zikr etmək sənin ərşi-əlada yad olunmağına səbəb olar və yer üzündə isə səni nura qərq edər". Biz əgər dua ilə zikrin mənalarına diqqət yetirsək hər ikisinin eyni məna daşıdığının şahidi olarıq. Çünki hər ikisi Allahı xatırlayıb onu tərif və təqdis etməklə yanaşı Ondan istək və arzularını diləməkdir. Necə ki, Allah-tala Quranı-Kərimdə buyurur: "De ki, əgər ibadətiniz olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar?" ("Furqan" surəsi-77) İnsanın Allahla ən sadə və ən səmimi əlaqəsi Onu zikr etməsidir. Bunun nəticəsində insanın qəlbi ixtiyarı olaraq Allahı xatırlayır, ruhu təsirlənir. Hərdən bu xatırlamanın təsiri dildə də özünü göstərir. Dua möminin silahı, Allaha yaxınlaşma vasitəsi, ibadətin mahiyyəti, haqqı xatırlama və Rəbbi ilə söhbətidir. Dua zahirən maddi və mənəvi ehtiyacların ödənməsi istəyi olsa belə, əslində bəndəliyin, insanın acizlik və fəqirliyin etirafıdır. Adətən dua sözlərlə ifadə olunur. Amma əsas bu sözlər yox, onların arxasında duran gizli mənadır. Başqa sözlə, dua qəlbə aid bir əməldir və dil yalnız ürəkdə olanı ifadə edir. Beləliklə dua insanın qəlbindən gəlməlidir. Qəlbdən çıxmayıb, sadəcə dillə deyilən sözlər dua hesab olunmur. Bütün ibadətlərin əsası və özəyi qəlbdə tutulan hədəfdir. Əllərini Allahın dərgahına açıb, qarşısında boynunu əyib başını aşağı endirən, üzünü torpağa sürtən, gözlərindən yaş axıdan və öz duası ilə hacətlərini istəyən şəxs ilahi əzəmət qarşısında bütün zəlillik və zəifliyini əməli olaraq göstərmişdir. Allahı isə Varlı, Qüvvətli, Əziz və Qadir bilmişdir.

 

Redakte etdi: PRETTY GİRL

(səs: 1)
Şərhlər: 2
Baxılıb: 10 227
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri