Evlilikdə vasitəçi olmağın mükafatı

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 1 781
Səs ver:
(səs: 0)
Evlilik mövzusu dinimizin ən çox əhəmiyyət verdiyi mövzulardandır. Çünki evli insanın gözü başqa yerdə olmaz, ailəsi onun bütün istək və ehtiyaclarını ödəyər, cəmiyyətdə fəsad azalar, İslam ümmətinin sayı artar.

Bu gün bəzi cavanların ailə qurmaq meyillərinin olmaması cəmiyyətə böyük ziyanlar vurur. Çünki həm fəsadın artması üçün şərait yaranır, həm də cəmiyyətin sayının artmasına mənfi təsirlərini göstərir.

Müasir cavanlar ailə qurmaqdan qorxurlar. Çünki məsuliyyət altına girmək istəmirlər. İstəmirlər ki, kimsə bir başqasını himayə etsin və onun ehtiyaclarını ödəsin. Özü üçün əlavə problemlər yaratmaq qorxusu, ailənin təşviq etməməsi, maddi çətinliklər, dostların subay olması və evlilikdən qaçmaq təbliğatları onu ailə qurmaqdan soyudar. Nəticədə isə özünə gələn zaman görər ki, yaşı 40-ı keçmişdir. Bu yaşda ailə qurmaq heç də asan deyildir.

Ona görə də dinimiz həmişə cavanları evliliyə təşviq etmiş və valideynlərinin haqlarından birinin də onları evləndirmək olduğunu bəyan etmişdir. Valideyn gərək övladının evliliyi üçün ona yardım etsin və dəstək olsun. Onu bu işə həvəsləndirsin. Bu işdə vasitəçi olsun.

Hədislərimizin birində oxuyuruq ki, o kəs ki, iki cavanın bir-birinə qovuşmasında və ailə qurmasında vasitəçi olarsa axirətdə onu böyük mükafatlar gözləyir. (Tebyan)

Belə ki, Həzrət Peyğəmbər (s) buyurur: “Ümmətimin belə insanları üçün behiştdə qapı açılacaqdır ki, Qiyamətdə deyəcəklər: “Bu qapı sənə məxsusdur və elə buradan get””.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 781
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri