Alimin oğlu su məşkini niyə deşdi?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 1 169
Səs ver:
(səs: 0)
Nəql edirlər ki, İsfahanın görkəmli alimlərindən biri şəhərin ən böyük məscidində imam-cümə idi.

Bir gün azyaşlı oğlunu da götürüb, namaz qılmaq üçün məscidə gəldi. Uşaq məscidə girmək istəmədi və məscidin həyətində oturdu.

Atası gedəndən sonra gözü namazqılanlardan birinin qara rəngli su məşkinə sataşdı. O, həmin məşki iynə ilə deşib, içindən tökülən su ilə oynamağa başladı.

Namaz bitəndən sonra atası bu hadisədən xəbərdar oldu və məşkin pulunu verib, uşağı evə gətirdi. Çox narahat olmuşdu. Həyat yoldaşına dedi: “Mən bir ömür halal yemiş və bu uşağa da halal yedizdirmişəm. Onun tərbiyəsində səy göstərmişəm. Ancaq onun bugünkü hərəkəti göstərdi ki, ikimizdən biri onunla bağlı hansısa şeyə riayət etməmişdir”.

Həyat yoldaşı da təəccübləndi. O, da dedi ki, “Mən də hamilə olan zaman çalışmışam ki, bütün halal qaydalara əməl edəm. Ancaq bir dəfə qonşunun həyətinə getmişdim və nar ağacından asılan bir meyvə mənim diqqətimi cəlb etdi. Mən iynə ilə onu deşib suyundan içdim və qonşudan halallıq almadım. Yəqin ki, bu uşağın bugünkü hərəkəti mənim o səhvimin məhsuludur”. (Həvzəh)
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 169
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri