Cavanları dindən uzaqlaşdıran amillər hansılardır?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 145
Paylaş:
Səs ver:
(səs: 0)
Cavan insan – yazılmamış bir dəftər kimi saf və təmizdir. Ona görə də bu yaşda ora nə yazılarsa, ömrünün sonuna qədər də o yolda davam edəcəkdir. Bütün cavanların dinə meyilləri fitridir.

Ancaq əgər bunun üçün şərait yaradılmazsa və bəzi amillər aradan qaldırılmazsa, o zaman cavan dindən uzaq olacaq və ona əməl etməyəcəkdir.

Bu amilləri tanıyaq ki, onları aradan qaldırmağa səy göstərək.

1. Məlumatın olmaması. Cavanların dindən uzaq olmasının ən böyük səbəbi – din haqqında lazımlı məlumata malik olmamaqlarıdır. O cavan ki, dini tanımaz, başqa yanlış təbliğatların təsiri altına düşər. Ona görə də İmam Sadiq (ə) buyurur: “Cavanlarınıza təlim verin, başqa müraciət edənlər (yolunu azmış məzhəblərdən biri) onları yolundan azdırmazdan əvvəl”.

2. Məsuliyyətdən qaçmaq. Cavanları dindən uzaqlaşdıran amillərdən biri də məsuliyyət altına girməkdən qorxmaqdır. “(Onun inkar etməyi yalnız Qiyamət barəsində şəkk etdiyinə görə deyildir) əslində insan istəyir ki, (ömrü) irəlilədikcə günah etsin”. (“Qiyamət” 5).

3. Suallarına düzgün cavab verilməməsi. Cavanların adətən dinlə bağlı sualları yaranır ki, bu da təbiidir. İnsan bir elmi öyrənmək istəyən zaman onun incəliklərinə qarşı sualları yaranır və bu suallara verilən cavablar sayəsində həmin elmə yiyələnər. Ona görə də Məsumlarımız (ə) da öz davamçılarını sual verməyə təvşiq edərdilər. O zaman ki, cavanın dini sualına düzgün cavab verilməz, o zaman cavan dindən uzaqlaşar.

4. Yanlış rəftar. Cavanlardan biri nəql edir: “Yeniyetmə olan zaman namazlarımı məsciddə qılmağa həvəsim vardı. Bir gün namaz qılırdım və gördüm ki, bir qoca mənim namaz qılmağıma diqqət edir. O zaman ki, namazı bitirdim, həmin qoca mənə yaxınlaşıb dedi ki, qıldığın namaz batildir. Sonra məni danlamağa başladı və heç fürsət tapa bilmədim ki, soruşum namazımın hansı hissəsi batildir. O, mənə dedi: “Sizin kimi cavanlar gərək məscidə gəlməsin. Çünki namaz qılmağın yolunu bilmirlər”. O gündən bəri məscidə getmədim”.

5. Yanlış örnəklər. Bəzən cavanlar özləri üçün yanlış örnəklər seçir və onun kimi olmaq istəyirlər. Həmin örnəklər çox təəssüf ki, dindən uzaq olan insanlar olurlar.

6. Mühit. Cavana təsir edən amillərdən biri də onu əhatə edən dostlar və tanışlar, ümumilikdə mühitdir.

7. Xaricilərin təbliğatı altına düşmək. Bəzi cavanlar xarici mədəniyyəti o qədər gözlərində şişirdirlər ki, onun təsiri altına düşür və öz dinlərindən və mədəniyyətlərindən uzaqlaşırlar.

8. Ailənin dinə lazımi diqqət göstərməməsi. O ailədə ki, valideynlərin dinə lazımi meyil və əlaqələri olmur, o cür ailədə böyüyən uşaqlar da istər-istəməz bu mühitin təsiri altına düşürlər.

9. Cəmiyyətin laqeydliyi. Bu gün çox təəssüf ki, cəmiyyət hidayətçi olmaq yerinə, əksinə cavanlar üçün pis örnək olur, əmr-be-mərufdan qaçırlar.

10. Valideynlərin təzyiq göstərməsi. Din elə bir həqiqətdir ki, insan onu özü, öz ağlı və ruhu ilə qəbul etməlidir. Heç kəs onu sənə zorla qəbul etdirə bilməz. Əks halda mənfi nəticələr verəcəkdir. Çünki gördüyü əmələ meyli və həvəsi yoxdur, əksinə ikrahı vardır. Ona görə də gərək valideynlər bu mövzuda diqqətli olsunlar. Etidal həddini qorusunlar. Nə çox təzyiq göstərsinlər, nə də özbaşına buraxsınlar. (Tebyan)

loading...
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 145
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
_Mrs_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
20 avqust 2018 12:40
5
Seni cooxx sevirem heartEsgerimheart
Offline
CANAN
Sitat: Cema_Axodova
Demezdim cavanlar dinden uzaqlariw.indi daha cox dine baqlanirlar.ama yenede maraqla oxudum

Mende ele onu deyecekdim.eksine qizlarin coxu bas baglayir.bizim kende evvel .1/2 gelinde hicab vardisa indi 20.30var hicab

Sitat: Cema_Axodova
Demezdim cavanlar dinden uzaqlariw.indi daha cox dine baqlanirlar.ama yenede maraqla oxudum

Mende ele onu deyecekdim.eksine qizlarin coxu bas baglayir.bizim kende evvel .1/2 gelinde hicab vardisa indi 20.30var hicab

Sitat: Cema_Axodova
Demezdim cavanlar dinden uzaqlariw.indi daha cox dine baqlanirlar.ama yenede maraqla oxudum

Mende ele onu deyecekdim.eksine qizlarin coxu bas baglayir.bizim kende evvel .1/2 gelinde hicab vardisa indi 20.30var hicab
20 avqust 2018 11:33
4
canan qizim sirin seker qizim.
Offline
vipbetul
dini biomeden danismaq gunahdir
20 avqust 2018 11:17
3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
fiyonik
Men sevirem dinle maraqlanmagi arasdirmalar etmeyi
20 avqust 2018 10:59
2
But my dear it is not Wonderland you are not Alice
Offline
Cema_Axodova
Demezdim cavanlar dinden uzaqlariw.indi daha cox dine baqlanirlar.ama yenede maraqla oxudum
20 avqust 2018 08:39
1
p.s

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri