Müsəlman qadın

Müəllif: Barbaris
Şərhlər: 2
Baxılıb: 2 468
Səs ver:
(səs: 0)
Qadın anamızdır, qadın bacımızdır, qadın həyat yoldaşımızdır, qadın qızımızdır. Qısacası həyatda dəyər verdiklərimizin ən önündə gələnidir. Qadın ilk öncə Allahın dəyər verdiyi varlıqdır. Təəssüflər olsun ki, öz şəhvətinə kölə olanlar insanlıq tarixində dəfələrlə qadını dəyərsizləşdirərək, adi bir əşyadan da asan əldə etməyə çalışmışlar. İslamiyyət günəşi doğmamışdan öncəki dövrə nəzər salsaq qadınların necə dəyərsizləşdiyinin şahidi olarıq. Dövrünün ən inkişaf etmiş, ən mədəni dövləti olan Roma imperiyasında belə Senatda (indiki Milli Məclis, Parlament və s.) müzakirəyə “Qadın insandırmı yoxsa heyvandırmı?” mövzusu qoyulurdusa, digər mədəniyyətsiz ölkələrdə qadına verilən dəyəri özümüz təsəvvür edək. Bu dəyər, cahiliyyə dövründə ərəblərdə və digər bənzəri millətlərdə qız uşaqlarının diri-diri torpağa basdırılması ilə açıq aşkar özünü göstərirdi. Lakin, İslam gəldi. Qadına Allahın verdiyi dəyəri insanlığa çatdırdı. Qızları diri-diri torpağa basdırılan ərəblərin küçələrində, çiyinləri üstündə qızını gəzdirən peyğəmbəri bu dəyəri çatdırdı. Qadınla Allahı tanış etdi. Ona Allahın Cənnəti onun ayaqları altına sərdiyini çatdırdı. Qadına Allaha qul olmağı, şəhvətinə qul olmuşlara kölə olmamağı çatdırdı. Qadınlardan iman edənlər də bu dəyərə sahib oldular.

Bugün yenə eyni senarilər təkrar olunur. İnsanlıq məqsədli şəkildə İslamsızlaşdırılır. Qadınlar məqsədli şəkildə İslamdan uzaqlaşdırılır. İslamın dəyər qazandırdığı qadınlara öz şəhvətinə kölə olanlar – “İslam sizi kölələşdirir, siz azadsınız, istədiyiniz kimi geyinin, istədiyiniz kimi soyunun..” təbliğatını aparırlar. Qadınlara – “ərinin əmrlərini yerinə yetirmə, get işlə, onun köləsi deyilsən..” təbliğatını apararaq ailə münasibətlərini yox edirlər. Təəssüf ki, qadınlar bu oyuna aldanır, öz ərlərinin istəklərini yerinə yetirməyib “azad” olmaq üçün müdirləri, rəisləri olan neçə-neçə yad kişilərin əmrlərini yerinə yetirməyə razılaşırlar. Qadınları kölələşdirmək üçün planlar quranlar eyni anda insanlığın məhvi üçün planlar qururlar deməkdir. Qadınların şüuraltına 90-60-90 kimi bədən ölçülərini məqsədli şəkildə yerləşdirirlər. Qadın bu ölçünü əldə etmək üçün və ya o ölçünü əldə saxlamaq üçün faydalı olan, orqanizminin tələb etdiyi bol vitaminli yeməklərdən uzaq durur; Axı o işlədiyi, ünsiyyətdə olduğu cəmiyyətdə bədənini reklam etdirməlidir.. Bütün diqqətini bədən ölçülərini qorumağa yönləndirmiş bir qadın, həyatı boyu dünyaya övlad gətirməyə çalışmaz. Nəinki çalışmaz heç ağlına belə gətirməz. Çünki o cəmiyyətə öz bədənini reklam etdirməklə məşğuldur. Bu bədənini reklam etdirmək təkcə möminə olmayanların deyil, möminə olanların da şüur altına yeridilir. Baxırsan ki, örtünmüşəm deyə özünü aldadan bir təsəttürlü qadın elə dar geyimdədir ki, ona baxdıqca az qalırsan deyəsən “kaş ki, örtünməyəydin”.. Çünki təsəttür bədən cizgilərin bilinməsin deyə örtünməkdir, bədənini reklam edəsən deyə deyil. Sənsə, dar geyinərək təsəttürdən çıxırsan. Ancaq bunun fərqində deyilsən. Çünki səni də təsəttürlü moda ilə aldadıblar. Sən sanırsan ki, örtünmüsən. Ancaq özünü aldadırsan. Özünü aldatmağın bir yana, İslamı da bu cür təbliğ edirsən. Səni görənlər təsəttürün sadəcə başı örtmək olduğunu zənn edirlər. Əsl təsəttürdə olanlara isə hücum edirlər, təhqir edirlər, geridə qalmışsan, radikalsan deyirlər. Həqiqi İslamı yaşayanların əziyyət çəkməsinə səbən sənsən…
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 468
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri