Xəstəliklərə qarşı dua

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 2 583
Səs ver:
(səs: 0)
Həzrət Aişə (ra) danışır: "Rasulullah (asim), hər gecə yatacağı zaman ovuclarını bir araya gətirər, sonra üç dəfə "Qul huvallahü ahadi\", üç dəfə "Qul euzü birabbil-felakı\" və üç dəfə də "Qul euzü birabbin-nası\" oxuyub ovuclarına üfürərdi. Sonra da əllərini bədəninin uzandığı yerinə sürtərdi. Bunu edərkən də əllərini əvvəl başına sonra üzünə və daha sonra da bədəninin ön hissəsinə sürtərdi. Bunu üç dəfə təkrar edərdi. Xəstələndiyi zaman da eyni şeyi mənim ona etməyimi deyərdi"
Həzrət Osmanın (ra) oğlu Eban danışır: "Mən atamdan, Rasulullahın (asim) belə dediyini eşitmişəm: "Kim səhər axşam üç dəfə "ALLAHIN adı ilə. Onun adı anıldığında nə yerdə, nə də göydə heç bir şey zərər görə bilməz. O eşidən və biləndir". Bu duanı axşam üç dəfə oxuyana səhərə qədər heç bir şey zərər verə bilməz. Səhər üç dəfə oxuyana da axşama qədər heç bir şey zərər verə bilməz". Hədisi rəvayət edən Eban bu zaman iflic idi. Və dinləyən də özünə şübhəli bir ifadə ilə baxdı. Eban bunu görəndə: "Hədisin həqiqətən sənə rəvayət etdiyim kimi olduğuna şübhə etmə. Amma mən bir səhər bu duanı oxumağı unutmuşdum. Və gördüyün kimi ilahi təqdir yerini tapdı". Dedi.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 583
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri