Müqəddəs Quran haqqında

Müəllif: AYCA
Şərhlər: 1
Baxılıb: 2 283
Səs ver:
(səs: 2)
Quran sözünün mənası "çox oxunan" , " toplanmış", "özündə toplanan"deməkdir.

Termin olaraq "Peyğəmbərimiz Muhamməd sallallahu əleyhi vəsəlləm`ə nazil olan, mushaflarda yazılan, bizlərə təvatur yolu ilə çatan,

tilavəti ilə (oxunuşu) ilə ibadət olan, ən qısa surəsinin belə bənzərinin meydana gətirilmədiyi və gətirilməyəcəyi, əl-Fatihə surəsi ilə başlayıb ən-Nas surəsi ilə bitən möcüzəvi Allah kəlamıdır.

"Allah kəlamıdır" deyildikdə nə Cəbrayılın (əleyhissalam), nə də Rəsulullahın (sallallahu əleyhi və səlləm) öz sözü olmadığını başa düşürük.

"Muhəmməd sallallahu əleyhi və səlləmə endirilmiş" dedikdə - yəni bundan əvvəl nə İsa (a.s) nə Musa (a.s), nə də digər peyğəmbərlərə endirilmiş səhifələr deyildir.

"Mushaflarda yazılan" - Quran endirildiyi zaman Peyğəmbərimiz sallallahu əleyhi vəsəlləm`in huzurunda səhifələrə yazılırdı.

"Bizlərə təvatur yolu ilə çatan"; "Təvatur"-kəliməsi lüğətdə "ardıcıllıq və davamlılıq" deməkdir. Termin olaraq mənasi isə, yalan üzərində ittifaq edilməsi qeyri-mümkün olan və çox sayda adamın həmfikir olması mənasına gəlir. Beləliklə də bu qədər insanın yalan danışmaları mümkün deyildir.

"Tilaveti ile ibadet olan" – dedikdə Quran`i-Kərimə xas olduğu aydın olur, yəni məsələn, Allahu Təala kəlamı olub, ancaq sözləri Peyğəmbərimize (sallallahu əleyhi vəsəlləm) aid olan Qudsi hədisleri oxumaq ibadət deyildir.

Quran surələrdən, surələr ayələrdən, ayələrsə hərflərdən ibarətdir.

"Surə"lər Quranın, bir-birindən ayrılan bölümləridir. Quranda 114 surə var. İlk enən surə "əl-Ələq" surəsinin ilk 5 ayəsidir.

ٱقْرَأْ بِٱسْمِ رَبِّكَ ٱلَّذِى خَلَقَ ﴿١﴾ خَلَقَ ٱلْإِنسَـٰنَ مِنْ عَلَقٍ ﴿٢﴾ ٱقْرَأْ وَرَبُّكَ ٱلْأَكْرَمُ ﴿٣﴾ ٱلَّذِى عَلَّمَ بِٱلْقَلَمِ ﴿٤﴾ عَلَّمَ ٱلْإِنسَـٰنَ مَا لَمْ يَعْلَمْ ﴿٥﴾

Yaradan Rəbbinin adı ilə oxu!

O, insanı qan laxtasından yaratdı

Oxu! Sənin Rəbbin müqayisəsiz səxavətə malikdir.

O, qələmlə yazmağı öyrətdi.

İnsana bilmədiklərini öyrətdi.

Ən uzun surə Quranın ikinci surəsi olan əl-Bəqərə surəsidir. Bu surə 286 ayədən ibarətdir. Ən kiçik surə isə əl-Kövsər surəsi olub 3 ayədən ibarətdir.

Surələr "Məkki" və "Mədəni" olmaqla iki yerə ayrılır. Məkki surələr Peyğəmbərimiz sallallahu əleyhi vəsəlləm`in dəvətinin başladığı şəhər olan Məkkədə 13 il müddətində nazil olan surələrə deyilir və 85 surədir. Mədəni surələr hicrətdən sonra Mədinə şəhərində enən surələr olub 28 surədən ibarətdir.
(səs: 2)
Şərhlər: 1
Baxılıb: 2 283
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri