İmam Zaman ağanın (ə.f) duası ilə dünyaya gəlmiş alim

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 3 740
Səs ver:
(səs: 1)
Şeyx Səduqun atası Əli ibni Babuye adlı möhtərəm bir insan idi. Onun uzun illər övladı olmurdu. 50 yaşına çatmasına baxmayaraq, heç bir zaman İlahi rəhmətdən ümidini kəsməmişdir. Allaha daima övlad sahibi olmaq üçün dua edərdi.

Bir gün qərara alır ki, İmam Zaman ağaya (ə.f) məktub yazsın. Ondan xahiş edir ki, Allah yanında onun hacəti üçün dua etsin. Məktubu Qumdan İraqa hərəkət edən dostuna verir. Ondan xahiş edir ki, İraqda olan zaman bu məktubu Hüseyn ibni Ruha (İmam Zaman ağanın (ə.f) xas naibinə) versin. Ondan istəsin ki, məktubu Həzrətə (ə.f) çatdırsın.

Dostu nəql edir: “Mən məktubu alimin buyurduğu şəxsə çatdırdım. Üç gün sonra həmin şəxs mənə xəbər göndərdi ki, İmam (ə.f) həmin şəxs üçün dua etmişdir və tezliklə arzusuna çatacaqdır”.

Şeyx Tusi, Şeyx Səduq barəsində yazır: “Qumun alimlərinin dediyinə görə, Şeyx Səduqun atası Əli ibni Hüseyn ibni Babuye, əmisi qızı ilə evli idi. Ancaq onların övladı olmurdu. Ona görə də Əli ibni Hüseyn İmam Zaman ağaya (ə.f) məktub yazıb, ondan xahiş edir ki, Allaha hacəti üçün dua etsin. İmam (ə.f) da ona cavab verir ki, o, bu xanımından övlad sahibi ola bilməyəcəkdir. Ancaq tezliklə Diləmi ailəsindən olan bir xanımla evlənəcəkdir ki, Allah ona həmin qadından iki fəqih övlad bəxş edəcəkdir”.

Şeyx Səduq öz təvəllüdü barəsində “İkmələddin” kitabında yazmış və buyurmuşdur: “Nə zaman Əbu Cəfər Muhəmməd ibni Əli mənim dərsə olan meyil və əlaqəmi görərdi, deyərdi: “Sənin elmə bu qədər əlaqə göstərməyin heç də təəccüblü deyildir. Çünki sən İmam Zamanın (ə.f) duası ilə dünyaya gəlmisən””. (Həvzəh)

O zaman ki, Əli ibni Hüseyn, Diləmi ailəsindən olan xanımla evlənir, Allah ona Muhəmməd və Hüseyn adlı iki övlad nəsib edir. Muhəmmədin qardaşı Hüseyn də onun kimi böyük fəqihlərdən olmuşdur.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 3 740
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri