Qadının xəlq olunmasının hikməti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 1 479
Səs ver:
(səs: 0)
Quran kişi ilə qadının yaradılışı barəsində buyurur: "Allah sizi(n ilk baba və nənənizi vasitəsiz olaraq və möcüzəli bir tərzdə)torpaqdan yaratdı, sonra (onların nəsli olan sizləri) nütfədən (yaratdı). Allah sizi (Adəmin nəslini əvvəlcə) torpaqdan, sonra nütfədən yaratdı, bu zaman sizi (erkək və dişi) cütlər etdi. Heç bir dişi Onun izni olmadan hamilə olmaz və bari-həmlini yerə qoymaz. Kitabda(Lövhi-Məhfuzda) yazılmadan heç bir yaşlı kəsə uzun ömür verilməz və heç bir kəsin ömründən azaldılmaz. Həqiqətən, bunlar Allah üçün asandır". ("Fatir" 11).

Bu ayə onu bəyan edir ki, kişi ilə qadının yaradılması İlahi qanunun bir hissəsidir. İnsan təbii olaraq həmişə qarşı cinsə tərəf meyil edər.

Bu hissi Allah insanın fitrətinə qoymuşdur ki, nəslini davam etdirə bilsin.

Bəs qadının yaradılmasının sirri nədədir?

1. İnsan nəslini davam etdirmək. İnsan - məxluqların ən şərəflisidir və varlıq aləmində xüsusi məqama malikdir. Allah belə iradə etmişdir ki, qadınla kişi nəslini davam etdirmək üçün bir-birinin yanında qərar tutsunlar. "Göyləri və yeri (ilk olaraq və misli görünməmiş şəkildə) yaradandır. Sizin üçün (mələk və cinlərdən deyil) öz cinsinizdən zövcələr yaratdı və (həmçinin) dördayaqlılardan (da erkək-dişi) cütlər (yaratdı). Sizi bununla (bu evlənmək tədbiri ilə) artırır və yayır. Heç nə Onun kimi deyil və eşidən və görən Odur!". ("Şura" 11).

2. Bir-birini tamamlayarlar. Qadınla kişi bir-birini tamamlayan varlıqlardır. Çünki Allah onları belə yaratmışdır. "Onlar sizin üçün libasdırlar və siz onlar üçün libassınız (hər biriniz digərinin zinəti, eyiblərini örtən və onu günahdan qoruyansınız)". ("Bəqərə" 187).

3. Hüzur mənbəyidirlər. İnsan həyatında ən mühüm olan amillərdən biri də hüzur və rahatlıq hissidir. Allah qadınla kişini yaradaraq, onların bir-birinin yanında hüzur tapmasını təmin etmişdir. "Onların yanında aramlıq tapasınız deyə sizin üçün (mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması onun nişanələrindəndir, həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın tovhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır". ("Rum" 21).
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 479
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri