Qiyamət günü tənha qalan insanlar

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 2 830
Səs ver:
(səs: 0)
Qurani-Kərim buyurur: “Beləliklə sur (ikinci dəfə) çalınanda (və insanların hamısı diriləndə), həmin gün onların arasında (qorxu və dəhşətin çoxluğundan sanki) bir bağlılıq və qohumluq olmaz və bir-birlərini(n halını) soruşmazlar”. (“Muminun” 101).

Birinci sur çalınan zaman isə bütün canlılar öləcəkdir. Həm yerdə və həm də göydə olan canlılar hamısı məhv olacaqdır. Bu ayədən də göründüyü kimi, ikinci sur çalınan zaman isə bütün ölülər diriləcəkdir.

İkinci surdan sonra Qiyamət bərpa olacaqdır. İnsanlar yenidən dirilib, hesab üçün hazır olacaqlar.

Qurani-Kərim bu həqiqəti başqa bir ayədə belə bəyan edir: “Sur (birinci dəfə) çalınacaq. Allahın istədiyi kəs (birinci ölümü dadan və Bərzəx aləmində olanlar) istisna olmaqla göylərdə və yerdə olan hər bir kəs həlak olacaq (və bu sur ilə ölənlər də ora gedəcəklər). Sonra o, bir daha (ikinci dəfə) çalınacaq. Onda onların hamısı birdən ayağa qalxıb, baxacaqlar (və həmin günün sahibinin əmrini gözləyəcəklər)”. (Zumər” 68).

Qiyamət – elə dəhşətli bir gündür ki, hər bir insan özü olacaq və bir də dünyada etdiyi əməlləri. Heç kəs onun dadına çatmaz və heç kəs əlindən tutmaz. Əksinə, Qiyamət – elə bir gündür ki, qohumlar və yaxınlar bir-birini görməkdən qaçarlar. Çünki ola bilsin ki, hansınınsa boynunda haqqı qalmış olsun və onu tələb etsin.

Dünyada atanın bir vəzifəsi vardır, övladın başqa bir vəzifəsi və ananın başqa bir vəzifəsi vardır. Ancaq Qiyamət elə yerdir ki, insan tək olar və öz əməllərinin giriftarı olar. Burada müsibət o qədər böyük olacaqdır ki, heç kəs bir başqasından hal-əhval tutmayacaqdır.

Hətta ana belə öz süd yeyən körpəsini belə, xatırlamayacaqdır. Çünki, hər kəs dərk edəcəkdir ki, Allahın əzab və cəzası şiddətlidir. (Həvzəh)

“Onu gördüyünüz gün, (şahid olacaqsınız ki,) hər bir əmzikli qadın körpəsinə süd verməyi unudacaq və hər bir hamilə qadın öz (bətnindəki) yükünü yerə qoyacaqdır. Və (həmin gün) insanları sərxoş görərsən, amma onlar sərxoş deyildirlər, lakin Allahın əzabı şiddətlidir”. (“Həcc” 2).

Allah bizləri o dəhşətli günün əzabından qorusun və bizləri tək qoymasın! Amin!
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 830
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri